No Image
No Image

Dövlət Agentliyindən COVAX-la bağlı daha bir açıqlama

Dövlət Agentliyindən COVAX-la bağlı daha bir açıqlama
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) Azərbaycanın COVAX platforması çərçivəsində "Pfizer-BioNTech” vaksinlərini əldə edəcək 18 ölkə siyahısına daxil edilməməsi barədə qeydi ilə razı deyil. ÜST tərəfindən verilən məlumatda 29 yanvar tarixinədək COVID-19 peyvənd proqramına başlamış iştirakçı ölkələr "Pfizer-BioNTech” peyvəndinin birinci müstəsna paylanma mərhələsinə daxil edilmədiyi qeyd olunub.
 
Sfera.az xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin açıqlamasında deyilir.

"Bu əsaslandırma aydın deyil və bununla bağlı müddəalar heç bir hüquqi sənəddə və rəsmi yazışmalarda öz əksini tapmayıb. Azərbaycan ÜST-nin tövsiyələrini nəzərə alaraq vaksinasiya strategiyasını təsdiqləyib və vaksinlərin qəbulu üçün bütün texniki tələbləri yerinə yetirib. 

Ötən il yaradılmış COVAX platformasının "SARS-CoV-2” virusuna qarşı vaksinlərin hazırlanması təşəbbüsünü yüksək qiymətləndirən və bu əməkdaşlığa ilk qoşulan 50 ölkədən biri də məhz Azərbaycan Respublikasıdır.

Azərbaycan vaksinlərin dünya ölkələri arasında ədalətlilik və həmrəylik prinsipləri ilə bölgüsünün tərəfdarıdır. Təəssüflə qeyd etmək istərdik ki, təcrübədə bunun əksini görürük. 

Bir daha vurğulayırıq ki, Azərbaycan ilk gündən ÜST-nin tövsiyələrinə uyğun fəaliyyət göstərməklə yanaşı, COVID-19-la mübarizə çərçivəsində həyata keçirilən əməkdaşlıqlara öz töhfəsini vermişdir və vətəndaşlarının sağlamlığı üçün qarşıya qoyulmuş bütün öhdəlikləri yerinə yetirməyə bu gün də davam edir". 

Agentlikdən qeyd olunub ki, COVAX-la yazışmalarda Azərbaycanın bu vaksinləri infrastruktur baxımından qəbul etməyə tam hazır olduğu bildirilmişdir.

"Bu gün COVAX layihəsi faktiki olaraq öz öhdəliklərini yerinə yetirə bilmir. Vaksinlərin düzgün paylaşdırılmasında ədalətsiz yanaşma birbaşa bu layihənin icrasında ciddi problemlərin olmasından xəbər verir.  Hesab edirik ki, COVAX layihəsi çərçivəsində bu proses nəzarətdə saxlanılmalı və istehsalçı şirkətlər qarşısında konkret tələblər qoyulmalıdır". 

Agentlik mövqeyini COVAX-a göndərilən rəsmi məktubda bildirib və təşəbbüskar qurumları qərara yenidən baxmağa çağırıb.
 

Turan Bank

OXŞAR XƏBƏRLƏR

Azərbaycanda II Dünya müharibəsi veteran vəfat etdi

Neftçala rayonunda II Dünya müharibəsi iştirakçısı vəfat edib. Sfera.az xəbər verir ki, veteran Malik Qurban oğlu Qurbanov 98 yaşında dünyasını dəyişib. ...

"Güllü" Hərbi Qənimətlər Parkında - FOTO

"Kurtlar vadisi” serialında "Güllü Erhan" obrazını canlandıran türkiyəli aktyor Erhan Ufak bu gün Bakıdakı Hərbi Qənimətlər Parkında olub. Sfera.az xəbər ...

Qazi Sahilə ev və avtomobil veriləcək - RƏSMİ

"Ölkəmizin ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlarda iştirak edərək xəsarət alan qazilərimizdən biri olan Həsənli Sahil Rauf oğlunun əlilliyinin qiy...

Goranboyda mərasim iştirakçıları məsuliyyətə cəlb olundu

Goranboy rayonunda mərasim iştirakçıları məsuliyyətə cəlb olunub. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Sfera.az-a verilən...

Maliyyə Nazirliyindən “Sovetski” ilə bağlı AÇIQLAMA

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Bakı şəhəri Yasamal rayonunun keçmiş "Sovetski” adlanan ərazisində vaxtilə yaşamış bir qrup sakinin səsləndirldiyi ...

ETSN: Havada toz dumanı müşahidə olunur

Bu gün Bakı və Abşeron yarımadasında havada tozun miqdarının normadan artıq olduğu müəyyən edilib. Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən...