Dostuna görə xalasını türmə rəisi ilə görüşdürdü: Şəkillərin çəkib ŞANTAJ ETDİ - VİDEO
Doyunca gülə bimirsiniz?
"NİYƏ?" - Bu sizə ünvanladığım sual deyil, yeni komediya filminin adı belədir, "Niyə?".
Sfera.az xəbər verir ki, dünən "Xəzər" TV-nin binasında yeni "Niyə?" komediya filminin qala gecəsi baş tutub. Gecəyə filmin aktyor, aktrisa heyəti ilə yanaşı başqa yerli məşhurlar da qatılıblar.
Baş rollarda Fərda Xudaverdiyev (Asiman) və Müşfiq Şahverdiyevin (İsabala) çəkildiyi filmin qısa ssenarisi ilə tanış olaq:
Oğlu "Asiman"ın qarşısına toyunu saxlamamağı, ailə qurmağı tələbini qoyur. "Asiman" dostu "İsabala"dan kömək istəyir. "İsabala" dostunun anasını həbsxanadan qaçırtmaq üçün rəisi tora salmaq məqsədi ilə məşhur bibisindən kömək istəyir. Hər şey planlaşdırıldığı kimi də olur. Bibi rəisi şantaj etmək üçün əlindən gələni edir. "İsabala" və "Asiman" həmin anların şəkillərini çəkirlər...
Bir dəqiqəsindən gülüş əksik olmayan komediyanı izləmək istəyirsinizsə aşağıdakı videoya diqqətlə baxın: (milli.az)