Döş qəfəsində ağrılar infarktın əsas əlaməti deyil

Döş qəfəsində ağrılar infarktın əsas əlaməti deyil
Döş qəfəsində ağrılar infarktın əsas əlaməti deyil. Bunu Britaniya Ürək Fondunun həkimlərinin araşdırması üzə çıxardıb.
 
 
Sfera.az xəbər verir ki, britaniyalı həkimlər infarktı müəyyənləşdirmək üçün bir sıra digər əlamətlərə diqqət yetirilməsinin vacib olduğunu qeyd ediblər.
 
Mütəxəssislər vurğulayır ki, özünü hiss etdirən əlamətlərlə ürək problemləri arasında əlaqəni aydın şəkildə izləmək həmişə mümkün olmur. Bir insanda ümumi pozğunluğa səbəb olan səbəblər çox müxtəlif ola bilər. Bəzi əlamətlərə əhamiyyət verməsəniz və ya aşkar edildikdən sonra onları səhv başa düşsəniz, bu, ölüm də daxil olmaqla, çox ciddi nəticələrə səbəb olur.
 
Xüsusilə diqqətlə müşahidə edilməli olduğumuz əlamətlər arasında ani bir narahatlıq hissi və böyük həyəcan var. Bütün bunlar bir insanın infarkta yaxınlaşdığının təzahürü ola bilər.

Bir insanda nəfəs darlığı, başgicəllənmə, bədəndə güclü zəiflik təzahürləri, bulanıq görmə, qulaqlarda cingilti kimi təzahürlər varsa, bu, infarktın yaxınlaşmaqda olmasının xəbərçisi sayıla bilər. Bu əlamətlərin hər birinin təzahürü, xüsusilə xəstənin döş qəfəsində və qollarında ağrı və ya ağırlıq hiss etməyə başlaması, həkim çağırmaq üçün bir səbəbdir.
 
Vasif

 




OXŞAR XƏBƏRLƏR