Dördüncü dalğa məktəb və universitetlərdən başlayacaq, bu qaçılmazdır - Virusoloqlar

Dördüncü dalğa məktəb və universitetlərdən başlayacaq, bu qaçılmazdır - Virusoloqlar
Virusoloqlar yaxın zamanda 4-cü dalğanın olub-olmayacağı barədə təzadlı fikirlər bildirir. Əsas risk təhsil müəssisələrinin açılması ilə bağlıdır. Ötən il birinci-ikinci dalğada 90% ölkələrdə təhsil onlayn idi. İndi isə peyvənd olunmuş müəllimlərlə vaksin olunmayan şagird ordusu toqquşacaq.
Sfera.az medicina.az-a istinadən xəbər verir ki, biologiya elmləri üzrə professor Sergey Netesov 4-cü dalğanın məhz bu səbəbdən olacağını bildirib.

"Distansion təhsil özünü doğrultmadı, dünya risklərə rəğmən əyani təhsilə keçir. Bu çox riskli vəziyyətdir, hətta bütün pedaqoqlar 2 doza vaksin olunsalar da. Uşaqları heç kim peyvəndləmir, delta ştamm isə htta 5 yaşlı uşaqlara da keçir.

Uşaqlar koronavirusdan qorunmağı bilmir, maska taxmayacaqlar, sosial məsafə yoxdur. İndidən hesablamaq belə çətindir ki, yoluxma hansı masştabda olacaq. Əgər peyvəndləmə zəifdirsə, müəllim və şagirdlər maska taxmayacaqsa, dərslər başlayandan 2 həftə sonra növbəti dalğa qaçılmazdır. Yeganə yol, 2 doza vaksin olunub, sinidfə maska taxmaqdır.

Amma bu dəfə də uşaqlar arasında yoluxma hallarının artacağını görə bilərik. Ona görə də, yeni tədris ili müəllimlərdən çox, uşaqlar üçün təhlükəli olacaq.

Hazırda delta ilə mübarizə aparırıq. Yeni ştammlar çıxmasa daha bir dalğa ilə deltanın sonuna çıxmaq olar".

Qeyd edək ki, Rusiya əyalətlərində artıq xəstəxanalara azyaşlı uşaq xəstələr daxil olur və onların arasında vəziyyəti orta ağır olanlar da var. Virusoloqlar təcili olaraq effektiv uşaq korona vaksininə ehtiyac olduğunu bildirir

OXŞAR XƏBƏRLƏR

Azərbaycan vətəndaşları minik avtomobilləri ilə Laçına səfər edə BİLƏCƏKLƏR

“Böyük Qayıdış” proqramının tərkib hissəsi olaraq Azərbaycan vətəndaşlarının işğaldan azad edilmiş ərazilərə səfərlərinin istiqamətləri genişləndiri...

Həftəsonu 20 minə yaxın bakalavr magistraturaya imtahan VERƏCƏK

Dövlət İmtahan Mərkəzinin aprelin 28-də ali təhsil müəssisələrinin magistraturalarına keçirəcəyi qəbul imtahanında (II cəhd) 19716 bakalavr iştirak edəcək. &...

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq EDƏCƏK

Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsi ilə Qırğız Respublikasının Əmək, Sosial Təminat və Miqrasiya Nazirliyi arasında Anlaşma Memorandumu imzalanıb. &...

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri TƏYİN EDİLDİ

"Azərbaycan Dəmir Yolları" QSC artan sərnişin tələbatını nəzərə alaraq Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə reyslər təyin edib.   Sfera.az...

“TikTok” ABŞ hökumətinə qarşı hüquqi mübarizəyə başlayır

“TikTok” ABŞ-dəki qadağa qanununa qarşı mübarizə aparacaq.   Sfera.az xəbər verir ki, “TikTok”un baş direktoru Şou Zi Çev söz...

Azərbaycanda YENİ QADAĞA - Bu tarixdən QÜVVƏYƏ MİNƏCƏK 

Mayın 1-dən balıqların kürütökmə dövrü ilə əlaqədar ölkə ərazisindəki bütün su hövzələrində balıq ovuna moratorium qüvvəyə minir.   Bu barədə Sfera....