Dörd oğlan qadını döyüb, sonra... - FOTO

Dörd oğlan qadını döyüb, sonra... - FOTO
Kürdəmirdə qadına qarşı soyğunçuluq edən dörd gənc saxlanılıb.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şirvan regional qrupundan Sfera.az-a verilən məlumata görə,Ağsu rayon sakini olan bir qadın Kürdəmir rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək rayonun Yeni Şıxımlı kəndi ərazisində tanımadığı 4 nəfər şəxsin onun əl-qolunu tutub zor tətbiq etməklə çantasından bir ədəd mobil telefonunu və 83 manat pulunu apardıqlarını bildirib.

Şöbə əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Yeni Şıxımlı kənd sakini dörd gənc, əvvəllər məhkum olunmuş Loğman Şıxaliyev və Amil Səmidov, Saməddin Həmidov və bir yeniyetmə saxlanılıb.

Dindirilmə zamanı saxlanılan şəxslər qabaqcadan əlbir olaraq tamah məqsədilə qeyd edilən hadisəni törətdiklərini etiraf ediblər.
Faktla Kürdəmir rayon Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 180.2.1-ci və 180.2.4-cü maddələri ilə cinayət işi başlanılıb, ibtidai istintaq aparılır.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

DİN - dən sumqayıtlı meyxanaçının həbsinə münasibət - RƏSMİ

Daxili İşlər Nazirliyi (DİN) meyxanaçı Cavid Babaşovun (Cavid Sumqayıtlı) saxlanılmasına münasibət bildirib. Sfera.az bildirir ki, DİN-in Mətbuat Xidmətin...

Baş prokurorluq Sənay Qəhrəmanlı haqqında MƏLUMAT YAYDI

Sənay Qəhrəmanlının cinsi təcavüzə məruz qalması ilə bağlı cinayət işi açılıb. Sfera.az xəbər verir ki, Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib k...

Tanınmış meyxanaçı Sumqayıtda saxlanıldı – Səbəb

Tanınmış meyxanaçı Cavid Sumqayıtlı saxlanılıb. Sfera.az xəbər verir ki, o, bir neçə gün öncə Sumqayıt Şəhər Polis əməkdaşları tərəfindən yaxalanıb. ...

Eldar Həsənovdan YENİ XƏBƏR

Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı sabiq fövqəladə və səlahiyyətli səfiri olmuş Eldar Həsənov yenidən Dövlət Təhlükəsizliyi Xidmətinin...

Azad edilmiş ərazilərə narkotik keçirmək istəyən şəxs saxlanıldı

Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlərlə işğaldan azad edilmiş ərazilərə narkotik keçirmək istəyən şəxs saxlanılıb. DİN-in Mətb...

Azərbaycanda keçmiş məmur HƏBS EDİLDİ - SƏBƏB

Bərdədə keçmiş bələdiyyə sədri rüşvətə görə həbs edilib. Bərdə Rayon Prokurorluğundan Sfera.az-a verilən məlumata görə, Bərdə rayonu, Şorəlli kənd bələdiy...