Dörd aydır itkin olan əsgərimizin şəhid xəbəri gəldi - FOTO
11:20 / 13.02.2021
2368
Vətən müharibəsində itkin düşən daha bir əsgərin şəhid olduğu müəyyənləşib.
Sfera.az bildirir ki, bu barədə onun yaxınları sosial şəbəkədə məlumat yayıblar.
İmişli rayon sakini, 1997-ci il təvəllüdlü Məmmədli Cavidan Valeh oğlu oktyabrın 1-dən itkin düşüb. Dörd aydan sonra onun nəşi tapılaraq ailəsinə təhvil verilib.
Şəhid Cavidan Məmmədli bu gün doğulduğu rayonda dəfn ediləcək.
Allah rəhmət eləsin!