“Donuz qripi”nə yoluxan tanınmış türk aktrisanın son halı – FOTO
18:30 / 08.01.2019
3034
Aktrisa Pelin Akil yenidən xəstəxanaya yerləşdirilib.
Axşam.az bildirir ki, "Donuz qripi”nə yoluxan aktrisanın halı yenidən pisləşib. Xəstəliyin təsiri ilə burnu qanayan və üzünə buz qoyan Pelin o halı ilə İnstaqram-da canlı yayım açıb.
"Hər şey yaxşı olacaq” deyən Akilin görünüşü izləyicilərini təəccübləndirib.
Qeyd edək ki, həmkarı ilə evli olan
aktrisa hazırda hamilədir.