Donmuş çaydan xilas etdikləri it başqa heyvan çıxdı

Donmuş çaydan xilas etdikləri it başqa heyvan çıxdı
 Estoniyada damba işçiləri donmuş çayda qalan it sandıqları heyvanın köməyinə gəliblər.


Sudan xilas edilən heyvanı dəsmala büküb isinmək üçün maşına aparıblar.

Maşında olarkən heyvana diqqətlə göz gəzdirən işçilər onun it yox, canavar olduğunu müəyyən ediblər.

Qeyd etmək lazımdır ki, canavar onu xilas edənlərə qarşı hansısa aqresiv davranış sərgiləməyib.


Damba işçiləri canavarı baytar klinikasına gətiriblər.

Bir neçə gün burda qalandan sonra heyvan vəhşi təbiətə buraxılıb.(Oxu.az)


OXŞAR XƏBƏRLƏR