Donbasla bağlı üç prezidentin danışıqları baş tutacaq – Rusiya yoxdur

Donbasla bağlı üç prezidentin danışıqları baş tutacaq – Rusiya yoxdur
Donbasla bağlı Rusiyanın iştirakı olmadan baş tutacaq danışıqlar barədə məlumat verilib.

Sfera.az-ın məlumatına görə, həftə sonuna qədər Ukrayna prezidenti Vladimir Zelenski Almaniya kansleri Angela Merkel və Fransa prezidenti Emmanuel Makronla Donbasdakı vəziyyətlə əlaqədar danışıqlar aparacaq. Bu barədə aprelin 5-də "RBK-Ukrayna” nəşrinə informasiya mənbəyindən məlumat verilib.
"Normandiya dördlüyü” ölkələri liderlərinin Rusiyanın iştirakı olmadan aparacağı danışıqların dəqiq tarixi hələ ki, məlum deyil.

Qeyd edək ki,  aprelin 2-də  Zelenski ABŞ prezidenti Co Baydenlə Ukraynanın cənub-şərqindəki vəziyyəti müzakirə edib.

Xatırladaq ki, mart ayının sonunda Rusiya Prezidenti Vladimir Putin videokonfrans formatında Merkel və Makronla Donbasdakı münaqişənin həlli yollarını müzakirə etmişdi. Ukrayna Xarici İşlər Nazirliyi Zelenskinin iştirakı olmadan aparılan danışıqlara neqativ münasibət bildirmişdi.
 
Tərcümə: Selcan
Sfera.az
 

OXŞAR XƏBƏRLƏR