\"Dolların bahalaşması ehtimalı sıfıra yaxındır\" - Ekspert rəyi

\
"Əslində daşınmaz əmlak bazarında baş verən proseslər bir neçə amillərə bağlıdır. Adətən daha çox yaz-yay aylarında canlanma baş verir. Xaricdə yaşayan insanlar, həm daxili bazarda gözləmə mövqeyi tutan insanlar məhz, bu mövsümdə mənzil bazarı ilə daha yaxından maraqlanır və nəzərdə tutduğu alışı həyata keçirir"
 


Bu sözləri Sfera.az-a daşınmaz əmlak bazarında qiymətlərin artıb-artmamasından danışarkən iqtisadçı ekspert Natiq Cəfərli deyib.

Ekspert uzun illərdir bir ənənənin formalaşdığını bildirdi:
"Qış ayları mənzil bazarında sakitçilik hökm sürür. Mövsümü amilləri nəzərə almasaq, yəni fundomental amillərə baxsaq, yaxın gələcəkdə ciddi bahalaşma baş verə bilməz. Çünki insanların alıcılıq qabiliyyəti çox aşağı düşüb. Xaricdən əmlak bazarına daxil olmalar azalıb, kreditləşmə dayanıb. Banklar ümumiyyətlə, mənzil kreditləri vermirlər, ipoteka ilə verilmiş kreditlərin sayında xeyli dərəcədə azalma var. Bundan başqa, sosial mənzil tikintisinə start verilib. Bu layihə uğurlu alınsa, ciddi şəkildə gerçəkləşsə, mənzil bazarına əlavə mənzillərin çıxarılması gözlənilir. Bütün bu faktorları və parametrləri nəzərə alsaq, yaxın və orta perspektivdə Azərbaycanda daşınmaz əmlak bazarında ciddi canlanma və yaxud da qiymət artımı gözlənilmir. Bu həm də məzənnə ilə olan problemlə əlaqəlidir. Son bir ay və ay yarım ərzində dolların məzənnəsi sabitləşib. Ancaq bunun ilin sonuna qədər belə davam edəcəyi barədə nəsə söyləmək mümkün deyil. Ciddi dəyişiklik də ola bilər. Əgər manat ucuzlaşarsa, o zaman manatla qiymətlərdə müəyyən artım ola bilər. Xarici valyutada isə  dolların bahalaşması ehtimalı az qala sıfıra yaxındır".
 
Gülnarə Eynullaqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Ceyhun Bayramov italiyalı səfiri qəbul etdi - FOTOLAR

19 aprel 2024-cü il tarixində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İtaliyanın Azərbaycandakı səfiri Klaudio Taffurinlə diplomatik fəaliyyətinin başa...

FHN əməliyyat görüntüləri yaydı - VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonu ərazisində azyaşlıların evdə bağlı qapı arxasında kö...

Ayxan Hacızadədən 4 kəndin qaytarılmasına REAKSİYA

Ermənistan Azərbaycanın 1990-cı illərin əvvəllərindən işğal altında olan 4 kəndinin geri qaytarılmasına razılıq verib.   Sfera.az  xəbər ve...

Çindən Bakıya uçan təyyarə reysi TƏXİRƏ salındı - 50 azərbaycanlı aeroportda QALDI – VİDEO 

Çindən Bakıya uçan təyyarə reysi təxirə salınıb. Nəticədə 50-dən çox azərbaycanlı sərnişin Çinin Quancou şəhərindəki Bayun hava limanında qalmalı olublar. ...

“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb

Dünyanın aparıcı maliyyə jurnallarından biri olan “Global Finance” 2024-cü il İnnovasiya mükafatları çərçivəsində Kapital Bank-ın süni intellekt inn...

"Barça" doğma meydana qayıdır, amma... - QƏRAR

"Barselona" "Kamp Nou"ya qayıdır.   Sfera.az bildirir ki, artıq İspaniya klubunun Direktorlar şurası bu barədə qərar qəbul edib....