Dolların bahalaşması Azərbaycana necə təsir edəcək?

Dolların bahalaşması Azərbaycana necə təsir edəcək?
Son aylarda ABŞ dollarında müşahidə edilən bahalaşmanın hələ bir müddət davam edəcəyi proqnozlaşdırılır. ABŞ mərkəzi bankının açıqlamaları və tanınmış maliyyə institutlarının rəylərindən belə anlaşılır ki, dollar ən azı 2022-ci ilin ikinci yarısına qədər bahalaşacaq, sonra məzənnə stabil məcraya keçəcək. 

Sfera.az bildirir ki, dolların ortaq məzənnə dəyərini göstərən Dollar İndeksi hazırda 96,7 səviyyəsindədir. Bir ay əvvəl indeks 93,5, bu ilin mayın əvvəlində 90 səviyyəsində idi. Müqayisə göstərir ki, son 6 ayda dolların məzənnə dəyəri 7,44 faiz yüksəlib. 

Bəs dolların bahalaşmasının Azərbaycan üçün faydalı və zərərli tərəfləri nədən ibarətdir?

Dolların bahalaşmasının Azərbaycan üçün əhəmiyyəti əhalinin alıcılıq qabiliyyətinin yaxşılaşmasında özünü göstərəcək. Dollar/manat məzənnəsi sabit qalarsa, ölkəmizə idxal edilən malların bəziləri ucuzlaşacaq. Bu məhsullara neft məhsulları, əlvan metallar, pambıq və s. aiddir. Həmin məhsulların qiyməti beynəlxalq birjalarda dollarla müəyyən edilir. Dollar bahalaşanda onlar ucuzlaşır, dollar dəyər itirdikdə isə onlar bahalaşır. Buna görə də son aylarda dolların bahalaşması həmin məhsulların nisbətən aşağı qiymətə Azərbaycana idxalına imkan yaradacaq. 

Dolların bahalaşmasının yaratdığı bu imkan ölkəmizdə qiymət səviyyəsinə azaldıcı təsir edir. Azərbaycanın pərakəndə bazarında satılan malların 40 faizi idxal edilən mallardır. Eyni zamanda istehsal edilən malların əksəriyyətinin əsas hissəsi də idxal olunur. Deməli, idxal mallarının qiymətinin əlverişli olması ölkəmizdə inflyasiya səviyyəsinin aşağı düşməsinə şərait yaradacaq. Buna görə də proqnozlaşdırılır ki, 2022-ci ildə inflyasiya səviyyəsi 2021-ci ildəki bahalaşmadan aşağı olacaq. 

Dolların bahalaşmasının Azərbaycan iqtisadiyyatına mənfi təsirləri də var. İlk növbədə zərər özünü ixracın azalması, idxalın artması şəklində göstərə bilər. Dolların dəyəri yüksələndə neft və beynəlxalq birjalarda dəyəri müəyyənləşən əmtəələr ucuzlaşır. Bunun nəticəsində ixracımızın dəyərinin azalması ehtimalı yaranır. 

Digər tərəfdən baha dollar idxalı da təşviq edir. Manatla məzənnənin sabit olması idxal mallarını ucuzlaşdırdığından onların alışı artır. 
Bahalaşan dolların nefti ucuzlaşdırması ehtimalı da risklidir. Neft ucuzlaşanda Dövlət Neft Fondunun və dövlət büdcəsinin gəlirləri azalır ki, bu da arzu edilən deyil. 

Nəhayət, dolların bahalaşması dünyada sərmayə qıtlığı yaradır. Bu vəziyyətdə sərmayəçilər vəsaitlərinin daha çox hissəsini dollarla olan aktivlərə, o cümlədən ABŞ-a yönəldir, inkişaf etməkdə olan ölkələrdən isə vəsait çıxışı baş verir. 

Vasif
Sfera.az
 


OXŞAR XƏBƏRLƏR

Metal qırıntılarının toplanması məntəqəsində partlayış: Ölənlər, yaralanlar var

Ötən gün Ukraynada kəndlərdən birində 58 yaşlı sakin 54 yaşlı qonşusu ilə birlikdə metal qırıntılarının qəbulu məntəqəsinə metal əşyalar gətirib.  Sfe...

Məşhur dizayner timsah çantaları qaçaqmalçılığına görə həbs edildi

Britni Spirsdən tutmuş "Sex and the City" ulduzlarına qədər bir çox məşhurlar tərəfindən aksessuarları bəyənilən dizayner Nensi Qonzales 18 ay həbs cə...

Ağdam Cümə məscidində ilk Azan - VİDEO

Xəbər verdiyimiz kimi, erməni işğalı dövründə yandırılaraq vandalizmə məruz qalan Ağdam Cümə məscidində bərpa işləri başa çatıb.    Azərbaycan P...

Şadlıq saraylarında hansı menyular daha çox bahalaşıb? - QİYMƏTLƏR

Bakıda şadlıq saraylarında qiymət artımı davam edir.   Sfera.az xəbər verir ki, bu barədə Trend-ə İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlum...

Erməni hərbçisi minaya düşdü

Ermənistan hərbçisi Tavuş vilayətində minaya düşüb.   Sfera.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin məlumatında deyilir. &nbs...

İranda reper ölüm cəzasına məhkum edildi

İran hakimiyyəti 2022-2023-cü illərdə hökumət əleyhinə etiraz aksiyalarında fəal iştirak edən məşhur reper Tomaj Salehi barəsində ölüm hökmü çıxarıb. Bu barədə ...