Dollarda bahalaşma güclənib - Manata necə təsir edəcək?

Dollarda bahalaşma güclənib - Manata necə təsir edəcək?
Dolların məzənnəsi son bir ilin ən yüksək səviyyəsinə çatıb. Sentyabrın 30-da beynəlxalq birjalarda ABŞ dollarının 6 aparıcı valyutaya qarşı ortaq məzənnə dəyərini ifadə edən Dollar İndeksi 94,4 səviyyəsinə çatıb ki, bu da 2020-ci ilin iyulundan bəri ən yüksək həddir. 

Sfera.az bildirir ki, dollarda bahalaşma bu ilin sentyabrın əvvəlindən müşahidə edilir. Ayın əvvəlində 92 olan indeks ayın sonuna kimi 2,6 faiz yüksəlib. 

Dolların son bir ayda yüksələrək illik rekordu təzələməsinin bir neçə səbəbi var. Əsas səbəb ABŞ mərkəzi bankının (FED) monetar genişlənmə siyasətini tədricən dayandıracağına dair ehtimalların gücklənməsidir. Hazırda FED ay ərzində 120 milyard dollar dəyərində istiqraz alır. İstiqraz alışının həyata keçirilməsi dolayısı ilə dövriyyəyə əlavə pulun buraxılması ilə nəticələndiyindən dövriyyədə olan dolların həcmi artır və bunun hesabına dolların məzənnəsi aşağı düşür. Əgər proqnozlaşdırıldığı kimi FED istiqraz alışını azaltsa və ya dayandırsa, dollarla olan pul kütləsində artım sürəti zəifləyəcək və dolların məzənnə dəyəri yüksələcək. Hazırda bu ehtimal güclüdür və bunu nəzərə alan investorlar ucuz dollar almağa çalışırlar ki, bu da ABŞ valyutasını bahalaşdırır. 

Dolları bahalaşdıran digər səbəb ABŞ-ın xəzinə istiqrazlarının gəlirliliyinin artmasıdır. Dövlət istiqrazlarının gəliri artdıqda investortlar istiqraz alışını artırır. ABŞ istiqrazlarına tələbin artması dolları bahalaşdırır. 

ABŞ valyutasını bahalaşdıran daha bir səbəb isə qlobal iqtisadi böyümə sürətinin zəifləyəcəyi ehtimalıdır. Qlobal iqtisadi böyümə yüksək olduqda investorlar dollarla olan vəsaitlərini daha yüksək gəlirli aktivlərə dəyişirlər. Lakin proqnozlar göstərir ki, qlobal iqtisadiyyatda böyümə sürəti gözlənildiyi qədər yüksək olmayacaq. Buna görə də dollarda vəsaiti olanlar digər aktivlərə sərmayə qoyuluşunun məbləğini azaldırlar ki, bu da dolları bahalaşdıran digər amilə çevrilib. 

Dolların bahalaşması avronun ucuzlaşması ilə nəticələnir. Bir müddət öncə 1,22 dollar olan bir avro hazırda 1,16 dollardır. 

Dollar avroya nəzərən bahalaşdığından manat da avroya nisbətən bahalaşıb. Bu gün avronun manata qarşı rəsmi məzənnəsi 1,97 olub. Bu, ötən ilin iyulundan bəri qeydə alınan ən aşağı göstəricidir. Ümumilikdə, dolların bahalaşması manatın digər valyutalara nisbətən bahalaşması ilə nəticələnir. 

Vasif
Sfera.az


 


OXŞAR XƏBƏRLƏR

Mbappe rekord qırdı - 43-cü qol! 

PSJ-nin hücumçusu Kilian Mbappe bir mövsümdə qol vurmaq üzrə şəxsi rekorda imza atıb.   Sfera.az bildirir ki, Fransa çempionatının 29-cu turunun &ld...

Qida çatışmazlığından əziyyət çəkən insanların sayı artıb - HESABAT

Birləşmiş Millətlər Təşkilatı və 16 digər humanitar təşkilatın dərc etdiyi hesabata görə, 2023-cü ildə dünyada ərzaq təhlükəsizliyi daha da pisləşib və bu vəziy...

Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri BAŞA ÇATDI

Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycana dövlət səfəri aprelin 25-də başa çatıb.   Sfera.az xəbər verir ki, hər iki ölkənin Dövl...

Azərbaycan və Qırğızıstan prezidentləri birgə NAHAR ETDİLƏR

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də birgə nahar ediblər.   Sfera.az xəbər verir ki, b...

İtkin düşən məşhur modelin cəsədi TAPILDI - FOTO

Bir ildir itkin düşən taylandlı model Kaikan Kaennakamın cəsədi Bəhreyndə morqda tapılıb.   Sfera.az xəbər verir ki, 2023-cü ilin aprelindən ax...

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil GÖNDƏRDİ

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Azərbaycanın ilk ombudsmanı Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib.   Sfera.az...