Dollar sürətlə ucuzlaşır

Dollar sürətlə ucuzlaşır
 
 
 

ABŞ dolları avroya nisbətdə sürətlə ucuzlaşmağa başlayıb.



Sfera.az "APA-Economics”ə istinadən xəbər verir ki, buna II rübdə ABŞ iqtisadiyyatının proqnozlaşdırılandan daha az artması səbəb olub. 

ABŞ-ın Ticarət Nazirliyinin bu gün açıqladığı statistikaya əsasən, II rübdə ÜDM illik müqayisədə 1,2% artıb. "Bloomberg” agentliyinin ekspertləri isə bu rəqəmin 2,5% olacağını proqnozlaşdırıb.

Yenidən baxılan göstəricilərə əsasən, ABŞ iqtisadiyyatı 1,1% deyil, 0,8% artıb. Bu isə 2 illik minimum göstəricidir.

Bu statistika açıqlandıqdan sonra avro 1,1058 dollardan 1,1152 dollaradək bahalaşıb.

Bununla yanaşı, dollar Yaponiya yeninə qarşı 105,4 səviyyəsindən 102,88-dək enib.

Yenin bahalaşmasına səbəb Yaponiya Bankının monetar siyasətin bir qədər yumşaltması barədə qəbul etdiyi qərar olub. Bununla Mərkəzi Bank iqtisadi artımı və inflyasiyanın 2%-lik səviyyəyə çıxmasını dəstəkləmək niyyətindədir.

Qeyd edək ki, Azərbaycanda avqustun 1-nə USD/AZN rəsmi məzənnəsi 1,5851 səviyyəsində müəyyən olunub.


OXŞAR XƏBƏRLƏR