Dönər yeyənlərə – XƏBƏRDARLIQ

Dönər yeyənlərə – XƏBƏRDARLIQ

 

"Azərbaycanda fəaliyyət göstərən dönərxanaların sanitar-texniki, gigiyenik vəziyyətindən razı deyilik”.

Sfera.az xəbər verir ki, bunu "Report”a açıqlamasında Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin qida gigiyenası şöbəsinin müdiri İmran Abdullayev deyib.

O bildirib ki, sahibkarların fəaliyyəti ilə bağlı yoxlamalar dayandırılsa da, müşahidələr dönərxanalarda natəmizliyin hökm sürdüyünü göstərir: 

"Əsasən də yol kənarlarında fəaliyyət göstərən dönərxanaların vəziyyəti qənaətbəxş deyil. Hazırda Bakı şəhərində 1000-ə yaxın dönərxana fəaliyyət göstərir. Yoxlamaların dayandırılmasından sonra dönərxanaların sayı artıb. Bu məsələdə əhali də diqqətli, tələbkar olmalıdır. 

Təklif və tələb olanda artıq üçüncü tərəf kənarda qalır. Əhali, xüsusilə də gənclər dönərdən çox istifadə edirlər. Hazırda toyuq ətindən dönər hazırlayanların sayı artıb. Əslində, hər iki ətdən hazırlanan dönərdə problem ola bilər. Toyuq dönərində infeksiya, mal ətindən hazırlanan dönərdə mənşə problemi ortaya çıxa bilər”.

İ.Abdullayev at ətindən dönər hazırlanması probleminə də toxunub. O bildirib ki, at ətinin satışının qarşısını almaq üçün bu məsələ qanunvericilikdə əksini tapmalıdır: 

"Qanunvericilikdə dəyişiklik olmalıdır. Qanunda at əti satan şəxsləri konkret hansı cəzanın gözlədiyi göstərilməlidir. Belə olarsa, həmin insanlar bu addımı atmaqdan çəkinərlər. Əks təqdirdə, cüzi cərimə ödəməklə bu qanunsuz əməllərini davam etdirəcəklər”.


OXŞAR XƏBƏRLƏR

Yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

Azərbaycanın rayonlarında aprelin 20-də gündüz bəzi dağlıq və dağətəyi rayonlarda hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.   Bu barədə Sf...

Hakan Fidan iranlı həmkarı ilə regionu müzakirə etdi

Türkiyə xarici işlər naziri Hakan Fidan və iranlı həmkarı Hüseyn Əmir Abdullahian arasında telefon danışığı olub.   Sfera.az Türkiyə mediasına istina...

Ombudsmanla əlaqədar yeni vəzifə müəyyənləşib

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) dövlət icbari şəxsi sığorta ilə bağlı Dövlət Sosial Müdafiə Fonduna təqdim edilməli olan s...

Bakıda saxta “Fairy”, “Domestos”, “Perwol” və “Prill” qablaşdıran sex aşkarlandı - FOTO

Dövlət Vergi Xidmətinin (DVX) Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsindəki ət kombinatının ...

Ceyhun Bayramov italiyalı səfiri qəbul etdi - FOTOLAR

19 aprel 2024-cü il tarixində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İtaliyanın Azərbaycandakı səfiri Klaudio Taffurinlə diplomatik fəaliyyətinin başa...

FHN əməliyyat görüntüləri yaydı - VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonu ərazisində azyaşlıların evdə bağlı qapı arxasında kö...