Dmitri Medvedev Yerevana səfər edib

Dmitri Medvedev Yerevana səfər edib

 

Rusiyanın baş naziri Dmitri Medvedev Avrasiya İqtisadi Birliyinə (AİB) üzv ölkələrin hökumət başçılarının iştirak edəcəyi Avrasiya Hökumətlərarası Şurasının iclasında iştirak etmək üçün Ermənistanın paytaxtı Yerevana gəlib.

Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu gün, mayın 20-də Ermənistanın paytaxtı Yerevanda Avrasiya İqtisadi Birliyinə (AİB) üzv ölkələrin hökumət başçılarının iştirak edəcəyi Avrasiya Hökumətlərarası Şurasının növbəti iclası keçiriləcək.

Bu cür görüşlər, adətən, hər üç aydan bir keçirilir. Bu gün keçiriləcək iclas Avrasiya İqtisadi Birliyinin fəaliyyətə başladığı 2015-ci ilin yanvarın 1-dən bu vaxtadək sayca beşincidir. 

Cari ilin ilk iclasının İrəvanda keçirilməsi planlaşdırılmışdır, lakin aprelin 13-də Moskvada baş tutub.   

Qeyd edək ki, Gömrük İttifaqı və vahid iqtisadi məkan bazasında yaradılmış Avrasiya İqtisadi Birliyi 2015-ci ilin yanvarın 1-dən fəaliyyətə başlayıb.

Birliyə Rusiya, Belarus, Qazaxıstan, Ermənistan və Qırğızıstan daxildir. 


OXŞAR XƏBƏRLƏR