ÜDM istehsalında azalma sürəti karantin qaydalarından asılı olacaq - TƏHLİL

ÜDM istehsalında azalma sürəti karantin qaydalarından asılı olacaq - TƏHLİL

Azərbaycan hökuməti koronavirus pandemiyasına görə bu il Ümumi Daxili Məhsulda (ÜDM) azalmanın gözləniləndən az olacağını güman edir. Bunu Daşkəsəndə keçirdiyi qısa brifinqdə İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.


Nazir söyləyib ki, bu ilin may-iyun aylarında 4,5-4,7 faiz iqtisadi geriləmə gözlənilirdisə, son proqnozlarda geriləmənin 3,5-3,7 faiz arasında olacağı qənaəti əldə edilib. M.Cabbarov qeyri-neft sektoru üzrə toplanan vergilərdə ciddi azalmanın baş vermədiyini vurğulayıb. Nazir qeyd edib ki, proqnozlar pandemiyanın ikinci dalğasının olub-olmamasından, olacağı təqdirdə nə dərəcədə sərt keçməsindən, ən əsası vətəndaşlarımızın müvafiq qaydalara riayət edib-etməməsindən birbaşa asılı olacaq.

 

Sfera.az xatırladır ki, hökumət 2021-ci ilin dövlət büdcəsinin ilkin göstəricilərini hazırlayan zaman yeni makroiqtisadi proqnozları da açıqlayıb. Həmin proqnozlara əsasən, ÜDM-nin həcmində real azalma tempi 3 ssenari üzrə ola bilər.

 

Birinci ssenari neftin orta illik qiymətinin 35 dollar olması şəri ilə tərtib edilib. Bu ssenariyə görə ÜDM-də azalma 4,3 faizdən az olmayacaq.

 

İkinci ssenari neftin orta illik qiymətinin 40 dollar olması şərtilə hazırlanıb. Bu şərt daxilində ÜDM 3,7 faiz azalacaq.

 

Nəhayət, üçüncü ssenari neftin orta qiyməti 45 dollar olmaqla şərti daxilində hazırlanıb. Üçüncü ssenaridə ÜDM-də azalma 2,9 faiz olacaq.

 

Hökumət neftin orta illik qiymətinin 40 dollar səviyyəsində olacağına daha çox inanır. Buna görə də baza ssenari kimi ikincisi (40 dollar) götürülüb.


Bu ssenariya əsasən ÜDM real ifadədə 3,7 faiz azalmaqla 70,9 milyard manat, o cümlədən qeyri-neft ÜDM 2,9 faiz az olmaqla 50,4 milyard manat həcmində proqnozlaşdırılır. Neft-qaz sektorunda isə azalma 4,9-5 faiz olacağı təxmin edilir.

 

Rəsmi məlumatlara görə, ÜDM istehsalında azalma 2020-ci ilin may ayından müşahidə olunur. Apreldən isə qeyri neft-qaz ÜDM-si azalır. Apreldə ÜDM 0,2 faiz artdığı halda, qeyri-neft ÜDM 0,8 faiz azalmışdı.


May ayından azalma ÜDM-nin özündə də qeydə alındı. Yanvar-may dövründə ÜDM ötən ilin eyni dövrünə nisbətən 1,7 faiz, qeyri neft-qaz ÜDM 2,1 faiz, yanvar-iyunda ÜDM 2,7 faiz, qeyri neft-qaz ÜDM 2,5 faiz, yanvar-iyulda ÜDM 2,8 faiz, qeyri neft-qaz ÜDM 1,6 faiz, yanvar-avqustda ÜDM 3 faiz, qeyri neft-qaz ÜDM 1,7 faiz, neft-qaz sektorunda 4,9 faiz azalıb. Əhalinin hər nəfərinə düşən ÜDM-də isə daha çox – 3,7 faiz azalma baş verib.


Dinamika göstərir ki, ÜDM istehsalında azalma yanvar-sentyabr və sonrakı dövrlərdə də baş verəcək. Azalma tempi daha çox qeyri-neft sektorundakı vəziyyətdən asılı olacaq.

 

Yanvar-avqust aylarında qeyri neft-qaz sənayesində 13,6 faiz artım olub. Artım kənd təsərrüfatında (1,9 faiz), informasiya və rabitə xidmətlərində (1,1 faiz) də qeydə alınıb. Amma qeyri neft-qaz sektorunun əksər sahələrində, o cümlədən nəqliyyatda (həm sərnişin, həm də yük daşınmasında), ticarətdə, ödənişli xidmətlərdə azalma baş verib.

 

Əgər karantin qaydaları növbəti aylarda bir qədər də yumşaldılarsa, daxili turizmə, ictimai iaşə xidmətinə daha geniş sərbəstlik verilərsə, o halda qeyri neft-qaz sektorunda geriləmə sürəti böyüməyəcək, hətta bir qədər də kiçiləcək, ÜDM istehsalında isə azalma sürəti səngiyəcək.

 

Lakin karantin yenidən sərtləşdirilərsə, ÜDM-də geriləmə sürəti yüksələcək.

 

 

Vasif

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...