Dj Tural: \"Biz göyqutabını İçərişəhərdən daha çox sevirik\"
14:58 / 25.04.2019
2393
Salam, İçərişəhər. Necəsən? Bilirəm inciksən. Kabab tüstüsü sənin nəfəsini kəsib, oradan qazanılan pul isə bizim gözümüzü örtüb.
Sfera.az xəbər verir ki, bu sözləri "Avtostop" radiolayihəsinin müəllifi və aparıcısı DJ Tural öz "facebook" profilində yazıb.
O yazısını belə davam etdirib: "Biz göyqutabı səndən daha çox sevirik. Əvvəllər sənin divarlarının yanında otura bilirdik. İndi isə orada oturmaq üçün mütləq yüngül konstruksiyalı tikiliyə girməliyik.
Boğuruq səni. Çünki biz səni sevmirik. Aqlay daha doğmadır. Qutab daha əzizdir. Kabab sənin tarixindən daha sevimlidir. Çünki qarın qardaşdan əzizdir. Ona görə daha çox qarın qutabı yeyirik.
Deyəcəksən ki: VII əsr Sevilya qalasında bir dənə də olsun belə restoran yoxdur. Məgər Əndəlüslülərin qarnı yoxdu?
- Dost, əndəlüslülərin qarnı var, sadəcə hər şeyə pul gözü ilə baxmırlar. Bağışla bizi. Əgər bağışlaya biləcəksənsə".