“Diz çöküb yalvardı, mən də ürəyindən vurub, boğazını kəsdim” - DƏHŞƏTLİ QƏTLİN TƏFƏRRÜATI

“Diz çöküb yalvardı, mən də ürəyindən vurub, boğazını kəsdim” - DƏHŞƏTLİ QƏTLİN TƏFƏRRÜATI
Tərtərdə bacısını öldürüb, bacısı ilə evlənmək istəyən şəxsi isə öldürməyə cəhd edən şəxsin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

30 yaşlı Elmidar Ələsgərovun cinayət işi üzrə məhkəmə araşdırması yekunlaşıb.

Elmidar Ələsgərov Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 17 il müddətinə azadlıqdan məhrum edilib.

Qətl hadisəsi fevral ayında Tərtər rayonun Buruc kəndində baş verib.

Məhkəmə araşdırması zamanı qətlin təfərrüatları məlum olub.

Elmidar Ələsgərov qətli namus üstündə törtədiyini iddia edir. O da məlum olub ki, bacısı Elmidardan bağışlanmasını istəsə də buna məhəl qoymayıb.

Törətdiyi əmələ görə peşman olmadığını deyən Elmidar Ələsgərov söyləyib ki, bacısı Aynur əvvəlcə Vüsal adlı şəxslə ailə həyatı qurub.

Onun sözlərinə görə bacısı rəsmi nikahda olduğu müddətdə Rəsul adlı şəxslə tanış olub və onunla arasında münasibət yaranıb.

"Vüsal bundan xəbər tutan kimi bacımdan ayrıldı. Rəsulla münasibəti olan zaman bacım onu bizim evə dəvət edib. O vaxt mən Qubada idim. Bizim evdə bunlar arasında münasibət olanda atam görüb. Rəsul evdən paltarsız qaçıb. Polisə məlumat vermişdik. Bacım izahatında Rəsulu özünün dəvət etdiyini demişdi”- deyə Elmidar ifadəsində göstərib.

Elmidar deyib ki, daha sonra bacısı Rəsulun valideyinlərinin yaşadığı Bərdə rayonu, Lənbəran kəndinə gedib: "Mən Rəsula zəng elədim. Dedim ki, qarşıma çıxsanız, ikinizi də öldürəcəm. O zaman Rəsul Rusiyaya getdi. Bacım onun ailə üzvləri ilə birlikdə yaşayırdı. Rəsul qayıdandan sonra bibisi mənə zəng elədi. Dedi ki, bacım yol kənarında ağlayır. Ona elə bir bacım olmadığını dedim. Sonra o qadına zəng edib öyrəndim ki, Rəsul bacımı döyübmüş, Aynur da getməyə yeri olmadığı üçün yolda dayanıb”.

Hadisə baş verən gündən danışan Elmidar bildirib ki, bacısı evlərinə barışığa gələn zaman onu öldürüb.

Məlum olub ki, Rəsul valideynlərini, qardaşını, bibisini və 7 yaşlı oğlunu götürərək Elmidargilin evinə gəlib. Məqsədləri barışıq edib Aynurla evlənmək olub. Amma Elmidar heç cür bununla barışmayıb. Hətta Elmidarın atası da barışığa razı olduğunu bildirib.

Elmidar məhkəmədə bunları deyib: "Aynurun sənədlərini istədilər ki, nikah etsinlər. Amma mən sənədləri gizlətdim. Onlar evdə çay içəndə mətbəxdə idim. Aynur yanıma gəlib üzr istədi, qarşımda diz çökdü ki, onu bağışlayım. Cibimdən bıçağı çıxarıb Aynurun kürəyindən vurdum. Ölməyəcəyini düşündüm. Buna görə də ürəyindən də vurdum. Axırda da boğazını kəsdim”.

Bununla da ürəyi soyumayan Elmidar səsə gələn Rəsula da bıçaq zərbələri endirib, amma onu öldürməyə macal tapmayıb.

Məhkəmə zərərçəkmiş kimi tanınan Rəsul Paşayev də ifadə verib. O, əvvəlcə Aynurla necə tanış olmasından danışıb:

"Aynurla təxminən 2 il əvvəl Bərdə rayonunda təsadüfən tanış olmuşduq. Aynur əvvəllər Vüsal adlı şəxslə evli olduğunu, boşandığını dedi. Mən də əvvəl evli olmuşdum. Düşündüm ki, Aynur da mənə uyğun biridir. Nömrəsini götürdüm, danışdıq”.

Rəsul Paşayev Aynurgilin evlərinə getdiyini etiraf edib. Sonra isə bildirib ki, bütün bu olanlardan sonra dəfələrlə barışıq üçün cəhdlər edib. Lakin hər dəfəsində Elmidar onları öldürəcəyini deyib.

Hadisə günü yaşananları danışan Elnur qeyd edib: "Aynurun atasına zəng edib barışmaq istədiyimi, Aynurla evlənəcəyimi dedim. O da razılaşdı. Onlara getdikdən bir qədər sonra mətbəxtdən Aynurun səsini eşitdim. Gedəndə gördüm ki, qan içində yerdə uzanıb”.

Qeyd edək ki, Elmidar xüsusi amansızlıqla qəsdən adam öldürmə və qəsdən adam öldürməyə cəhddə ittiham olunub.

 

///Musavat.com

OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...