Distant təhsilə hazırıqmı?

Distant təhsilə hazırıqmı?
 Bakı şəhəri, Binəqədi rayonu, "Motodrom" yaşayış sahəsində 50-dən artıq evdə telefon xətti və internet yoxdur.
 
Sfera.az "xezerxeber.az"s istinadən xəbər verir ki, Bakının Savalan yaşayış massivi və bir neçə kəndində də eyni vəziyyət hökm sürür. Bu isə onlayn dərslərin aktual olduğu bu dövrdə şagirdlər üçün problem yarada bilər.
 
"Bakı Telefon Rabitəsi" MMC-dən bildirilib ki, istər Savalan, istərsə də Motodrom yaşayış sahəsində sakinlərə simli və simsiz texnologiyalar üzərindən rabitə xidmətləri göstərilir. Əhali axınını və çoxsaylı müraciətləri nəzərə alaraq sözügedən ərazilərdə GPON texnologiyası əsasında "evədək optika" layihəsinin icrası nəzərdə tutulub.
 
Bakı kəndlərində işlər müraciət sayına görə mərhələli şəkildə aparılır. Ümumrespublika üzrə vəziyyətə gəlincə, "Aztelecom" MMC-dən verilən məlumata görə, ölkədə karantin rejimi tətbiq edilməyə başladığı dövrdən telekommunikasiya xidmətlərinə olan tələbat dəfələrlə artıb. Ötən illə müqayisədə cari ilin 8 ayı ərzində xidmətə qoşulan istifadəçilərin sayında 30% artım var. Regionlara ötürülən trafikdə isə 40% artım müşahidə olunur.
 
 


OXŞAR XƏBƏRLƏR

Elmira Süleymanova VƏFAT ETDİ - YENİLƏNDİ

Azərbaycanın ilk İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova II Fəxri xiyabanda dəfn olunacaq.   Sfera.az-ın məlumatına görə, o, ap...

Rusiya XİN: "Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik"

Rusiya Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası ilə bağlı bütün səylərini dəstəkləyir.   Sfera.az xəbər verir ki, bunu Rusiya Xarici İşl...

Prezidentlər Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində İŞTİRAK ETDİLƏR

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Ağdam rayonunun Xıdırlı kənd tam orta məktəbinin birgə təməl...

Regionların sosial-iqtisadi inkişafı üçün hansı tədbirlər görülməlidir? - AÇIQLAMA 

Paytaxt Bakının inkişafı yalnız öz hesabına deyil, regionlarımızın da sosial-iqtisadi yüksəlişi ilə əlaqədardır. Azərbaycanda regionların inkişafının təmin...

Prezidentlər Füzuli şəhərinin Baş planı ilə TANIŞ OLDULAR - FOTO - YENİLƏNDİ

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və şəhərin Baş planı ilə tanış...

İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında OLDULAR

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarov aprelin 25-də Ağdamda Şahbulaq qalasında olublar.   Sfera.az xəbər ve...