No Image
No Image

“Distant təhsil Azərbaycanda özünü doğrultmadı” – Təhsil eksperti səbəbləri sadaladı

“Distant təhsil Azərbaycanda özünü doğrultmadı” – Təhsil eksperti səbəbləri sadaladı
"Distant təhsil Azərbaycanda özünü doğrultmadı, xüsusən də ibtidai siniflər və texniki fənlərlə bağlı çoxsaylı problemlər müşahidə etdik”.

Bu sözləri Sfera.az-a açıqlamasında 10 aya yaxındır, Azərbaycanda pandemiya ilə bağlı tətbiq edilən distant təhsilin keyfiyyəti haqda danışan təhsil eksperti Kamran Əsədov deyib:

"Onlayn təhsil Azərbaycanda yeni olsa da dünyada 20 ildən çoxdur ki, tətbiq edilir.  Proses tək hansısa proqram vasitəsilə yox, həm də dərslərin çəkilişi yolu ilə də həyata keçirilirdi. Azərbaycanda isə bütün proses ənənəvi tədris və təhsilə uyğun  hazırlandığından həmin formatı onlayn sistemə salanda çətinliklərlə üzləşdik. Bu indi də davam edir”.

Ekspertə görə şagirdlər onlayn təhsildən məmnun olublar: "Əslində onlayn təhsil şagirdlərin adi həyat tərzinə çevrilib və onlar arasında kifayət qədər məmnunluq var.  Lakin burada söhbət humanitar fənlərdən gedir. Tarix, Azərbaycan dili, xarici dil fənlərilə bağlı onlayn sistemə keçilməsi keyfiyyət baxımından ciddi problem yaratmadı. Texniki və təbiət fənləri üzrə onlayn təhsildən isə məmnun deyilik”.

K. Əsədov bildirdi ki, onlayn təhsilin keyfiyyətinin yüksək olması üçün alternativ dərsliklər olmalıdır: "Azərbaycan təhsil sistemində alternativ dərsliklər yoxdur. Dərslər adətən normal qaydada, həyatda hər şey öz axarında olanda keçirilir. Eyni zamanda dərslərin fövqəladə vəziyyətdə keçirilməsi üçün "B” planına uyğun tədris resursları hazırlanmalı idi. Amma Azərbaycanda ənənəvi dərsləri olduğu kimi onlayn sistemə köçürmək meylindəyik. Alternativ dərsliklər hazırlansaydı, şagirdlərə ənənəvi dərslikdə olduğu kimi, bütün informasiyaları yox, yalnız zəruri olanları verəcəkdik. Bu da kifayət qədər yüngül dərslikllərin ortaya çıxmasına gətirib çıxaracaqdı.

Düşünürük ki, onlayn təhsil mütləq kompüter, planşet, telefon olandan sonra tətbiq edilməlidir.  Əslində onun alternativləri də var, məsələn radio, televiziya, YouTube üzərindəki video vasitəsilə. Ən vacib məqam isə səsli dərsliklərin yaradılmasıdır”.

Ekspertin fikrincə, ənənəvi qaydaya qayıtmaq arzusu güclü olduğundan distant təhsilin keyfiyyətinə fikir vermədik: "Bu istiqamətdə heç nə yaratmadıq. Hələ də dirənməkdə davam edirik. Deyərdim ki, problemli situasiyadan uğurla çıxa bilmədik.

Onlayn  tədris nəticəsində ibtidai sinif şagirdləri keyfiyyət baxımından çox geri düşüb. Onlar məktəbə adaptasiya oluna, ilkin oxu, yazı, dinləmə, anlama qabiliyyətinə yiyələnə bilmədilər. Bir sözlə, digər dövlətlərdən fərqli olaraq, Azərbaycanda distant təhsil təhsilin əlçatanlığına maneə oldu. Nəticədə bu təhsil sisteni ölkəmizdə özünü doğrultmadı”.

Elçin
Sfera.az
 

Turan Bank

OXŞAR XƏBƏRLƏR

DİM magistr imtahanlarına qazanc kimi baxır? – “Məqsəd maliyə təminatını yaxşılaşdırmaqdırsa...”

"Magistratura imtahanlarının təşkili və keçirilməsi ilə bağlı ciddi narazılıqlar var. Son iki ildə alınan qərarlar, imtahanların keçirilməsində olan dəyişikli...

“Pul yığılması ilə bağlı səsyazıları ictimailəşdiriləcək” – 8 Mart hazırlıqları “Whatsapp” qruplarında

8 mart Beynəlxalq Qadınlar günü ərəfəsindəyik. Təəssüf ki, yenidən orta məktəblərdə şagirdlərdən "ənənəvi" pul yığılması halları müşahidə olunur. Təhsil Nazir...

Məktəblər hansı halda bağlanacaq? - "Bu qədər yoluxma olarsa..."

Xəbər verdiyimiz kimi, Bakı məktəblərindən birində 3 nəfərin koronavirusa yoluxması səbəbi ilə təhsil müəssisəsi 14 günlük qapanıb. Bu isə öz növbəsində...

Fevralın 15-də hansı universitetlər əyani tədrisi bərpa edəcək? - SİYAHI

 Azərbaycanın bəzi universitetləri bir illik fasilədən sonra tədrisi əyani formada bərpa etməyə hazırlaşır. Həmin ali məktəblərin tələbələri fevralın 15-də...

Vaksinasiya olunmayan müəllimlər dərsə buraxılmaya bilər – Təhsil Nazirliyindən açıqlama

Nazirlər Kabinetinin qərarına əsasən, bu gündən Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyəti bərpa edilib. ...

Azərbaycanda fevralın 1-dən məktəblər açılır - QƏRAR

Baş nazir Əli Əsədov "Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə ...