Dişlər incidəndə...

Dişlər incidəndə...

Diş xəstəliklərinin ən müxtəlif formalarına tez-tez rast gəlinir.

Sfera.az AZƏRTAC-a istinadla bildirir ki, fitoterapevt Fuad Mahmudov bəzi diş xəstəliklərinə qarşı xalq təbabəti üsulları ilə müalicə formasıdan danışıb. F.Mahmudov deyib: "Diş əti iltihabına və diş ərpinə qarşı ən yaxşı vasitə qurd pəncəsi bitkisidir. Həmin bitkinin kökündən 1 xörək qaşığı 1 stəkan suya tökülərək 5 dəqiqə ocaqda qaynadılır. Süzüləndən sonra soyudulur və gündə 3-4 dəfə dişlər dəmləmə ilə yaxalanır. Qurd pəncəsi dəmləməsi dişləri soyuqdəymə və digər xəstəliklərdən də etibarlı şəkildə qoruyur.

Bəzən ən yumşaq diş fırçasından istifadə ediləndə də diş ətində qanamalar baş verir. Onunla üzləşməmək üçün 1 xörək qaşığı quru sürvənin üzərinə 1 stəkan qaynar su tökülür, ağzı bağlanır və 20 dəqiqə sonra süzülərək ağız yaxalanır. Prosedur səhər və axşam aparılır".

Fitoterapevt diş ağrısını sakitləşdirmək üçün nə etmək lazım gəldiyi barədə də məlumat verib: "Ağrını sakitləşdirmək üçün ən sadə üsullardan biri belədir: qara turpun qabığı təmizlənir, xırda doğranır və ətçəkəndə çəkilir. Üzərinə 2 stəkan su əlavə olunub ocağın üstünə qoyularaq qaynadılır, 5 dəqiqə sonra götürülür, soyudulur, ağzı bağlanır. Alınan məhlulla ağızı tez-tez yaxalamaq sakitləşdirici təsir göstərir.

 

Məhlul mütləq soyuducuda saxlanılmalıdır və dörd gündən bir onu yenidən hazırlamaq lazımdır. Müalicə bir ay aparılır. Doğrudur, nəticə o qədər də tez alınmır, lakin bir müddət sonra müalicənin səmərəsi mütləq hiss olunur."


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ

Bu gün saat 03:00 radələrində Sumqayıt şəhəri ərazisində ərlə arvad qətlə yetirilib.   Sfera.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidməti məlu...

Suiti öz şəhərinə qayıtmaq üçün 200 km üzüb - VİDEO

Təhlükəsizliyinə görə Kanadada ucqar bir çimərliyə köçürülən 200 kq çəkisi olan suiti doğma şəhərinə qayıtmaq üçün təxminən 200 km üzüb. Bu qədər məsafəni qət e...

Hollivud insanları aldadır: Alimlər narazıdırlar

“Oppenheimer” filmi və onun uğurları, eləcə də elmi nailiyyətləri əks etdirən digər filmlər müasir dövrdə artan tendensiyanın göstəricisidir. Elm, x...

Oğlunun Baliyə getməsinə görə vəzifədən uzaqlaşdırıldı

Permin keçmiş meri İlya Demkinin oğlu Cənubi Amerika və İndoneziyanı gəzib.   Sfera.az bildirir ki, sosial şəbəkələrdə İlyanın dəbdəbəli həyatı və ge...

Yaponiyada pilotsuz hava taksi xidməti istifadəyə veriləcək - FOTOLAR

Yaponiyada 2026-cı ildən hava taksi xidməti fəaliyyətə başlayacaq.   Sfera.az xəbər verir ki, Braziliyanın “Embraer-X” aviasiya korporasi...

Keniyanın müdafiə naziri helikopter qəzasında öldü

Keniyadakı respublikanın müdafiə qüvvələrinin başçısı Frensis Oqollanın olduğu hərbi helikopter qəzaya uğrayıb.   İnsident Qərbi Pokot və Elgeyo-Mara...