Dişinə iynə vurulan kişi öldü - Azərbaycanda

Dişinə iynə vurulan kişi öldü - Azərbaycanda
 

Ucarda ölüm hadisə baş verib.  

Sfera.az-ın APA-ya istinadən xəbərinə görə, bu gün Ağdam rayonundan məcburi köçkün, 1961-ci il təvəllüdlü Arzu Əşrəf oğlu Agayev diş ağrısı ilə həkimə müraciət edib. Həkim onun dişini çəkmək üçün ağrıkəsici iynə vurub. İynə vurulduqdan sonra xəstənin halı pisləşib və o, dərhal təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb. Həkimlərin səyinə baxmayaraq onu xilas etmək mümkün olmayıb.

Ölümün səbəblərini müəyyənləşdirməkdən ötrü tibbi ekspertiza təyin edilib.

Faktla bağlı araşdırma aparılır. 


OXŞAR XƏBƏRLƏR