No Image
No Image

Direktoru şantaj edən reket jurnalist tutuldu

Direktoru şantaj edən reket jurnalist tutuldu
"Qaynarxətt.az” Media İnformasiya Agentliyinin direktor müavini vəzifəsində işləyən Amid Aslanlının qanunsuz hərəkətləri barədə rayon prokurorluğuna vətəndaş müraciətləri daxil olub.

Sfera.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Aparılmış araşdırmalarla müəyyən edilib ki, Amid Aslanlı özünü hüquq-mühafizə orqanlarının əməkdaşı kimi təqdim edərək, iyunun 15-də "Dalğa” hotelinin əməkdaşından 1000 manat məbləğində pul tələb edib ondan 130 manat məbləğində pul alıb, iyunun 17-də isə Sağlamlıq Mərkəzinin direktorundan hər ay üçün 2 min manat pul tələb edib, həmin pulu vermədikləri halda isə onlar haqqında rüsvayedici məlumatlar yayacağı ilə hədə-qorxu gəlib.

Faktla bağlı Cinayət Məcəlləsinin 182.2.2 (hədə-qorxu ilə tələb etmə təkrar törədildikdə) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə cinayət işi başlanıb.

Amid Aslanlı şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda iş üzrə istintaq davam edir.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Azərbaycanda daha bir dəhşət: Ana 18 yaşlı qızını tualetdə zəncirlə bağlayıb...

Bərdədə 18 yaşlı qız ailəsi tərəfindən fiziki zorakılığa məruz qalıb.   Sfera.az-ın məlumatına görə, Bərdə rayon sakini 2003-cü il təvəllüdlü Ə.Yusufova ...

“Patı”nı təbliğ edən şəxs tutuldu - VİDEO

Abşeron rayonu Qobu və Novxanı qəsəbələrində gənclər arasında narkotik vasitələrin təbliği və qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər sa...

Qətl törətdi, iz itirmək üçün evi və meyiti yandırdı - VİDEO

Abşeron rayonu Qobu qəsəbəsində bir neçə gün əvvəl baş verən ağır cinayətin üstü açılıb. DİN-dən Sfera.az-a verilən məlumata görə, həmin qəsəbə ərazisində...

Mingəçevirdə heroin və “patı” satan şəxs saxlanıldı - FOTO

Mingəçevirdə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi, alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı bir neçə uğurlu əməliyyat tədbirləri ...

Direktoru şantaj edən reket jurnalist tutuldu

"Qaynarxətt.az” Media İnformasiya Agentliyinin direktor müavini vəzifəsində işləyən Amid Aslanlının qanunsuz hərəkətləri barədə rayon prokurorluğuna vətəndaş mü...

Bakıda oteldə dəhşətli cinayət - Qadını hamam otağında...

Bakının Nizami rayonunda bıçaqlanma hadisəsi baş verib. Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə 8-ci kilometr qəsəbəsində yerləşən hotellərin bir...