Direktoru öldürən mühasiblə bağlı YENİ FAKTLAR: Əvvəllər...

Direktoru öldürən mühasiblə bağlı YENİ FAKTLAR: Əvvəllər...
Bir neçə gün əvvəl Goranboyda direktoru öldürən mühasiblə bağlı yeni faktlar məlum olub.

Sfera.az xəbər verir ki, oktyabrın 8-də Goranboyda Kənd Təsərrüfatı Nazirliyinin Rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru 64 yaşlı Ziyad Əhmədovu bıçaqla qətlə yetirən 29 yaşlı Mirhadı Bağırov əvvəllər də müxtəlif cinayətlərə görə məsuliyyətə cəlb edilibmiş.

Belə ki, hələ 5 il əvvəldən rayonda cinayətə meylli şəxs kimi tanınıb. Elə bu səbəbdən də bir neçə dəfə polis orqanlarına gətirilərək onunla profilaktiki iş aparılıb, xəbərdarlıqlar edilib. Lakin bütün bunlara baxmayaraq M.Bağırov 2019-cu ildə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün polis əməkdaşları tərəfindən saxlanılıb. Ondan 10 qrama yaxın narkotik vasitə olan heroin götürülüb. Həmin vaxt faktla bağlı Cinayət Məcəlləsinin 234.1-ci maddəsilə cinayət işi başlanıb və M.Bağırov həbs edilibmiş.

Qeyd edək ki, oktyabrın 8-də Goranboyda Kənd Təsərrüfatı Nazirliyinin Rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru 64 yaşlı Ziyad Əhmədov müsahibi Mirhadi Bağırov tərəfindən qətlə yetirilib.
 
(lent.az)

OXŞAR XƏBƏRLƏR

Yumurta kəskin ucuzlaşdı - Qiymətlər daha da ENƏCƏK?

İri ticarət şəbəkələrində yumurtanın qiyməti kəskin azalıb. Əvvəllər 16-17 qəpiyə satılan yumurta bir neçə gündür ki, 10-12 qəpiyə təklif olunur. Görünən odur k...

Süni intellekt həkimlərin işini yüngülləşdirəcək

"Mass General Brigham MESH" inkubatorunun tədqiqatçıları süni intellektə (AI) əsaslanan çatbotların dərmanları izləmək və məhdudlaşdırmaq üçün istifad...

Polis sosial şəbəkələrdə paylaşdığı fotoya görə işdən çıxarıldı

ABŞ-da bir polis məmuru bir fotoşəkilə görə işindən qovulub.    Sfera.az bildirir ki, Maykl Resçke məşhur gənclər sosial şəbəkəsi “Snapcha...

Orban: "Qərbin Ukraynaya qoşun göndərməsinə bir addım qalıb"

Qərbin Ukraynaya qoşun yeritməyə bir addım qalıb. Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib. &...

Aİ-dən Qazaxın 4 kəndinin qaytarılmasına - REAKSİYA

“Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında danışıqları və dayanıqlı həlli tam dəstəkləyir”.   Sfera.az xəbər verir ki, bununla bağ...

“Tik-Tok”da baxdığı videodakı dilənçi qardaşı çıxdı - VİDEO

54 yaşlı evsiz Xorxe Pineda sosial media sayəsində 13 ildən sonra bacısı Beatrislə yenidən bir araya gəlib.    Sfera.az bildirir ki, bu heyrətam...