Direktordan Hacıbala Abutalıbovun oğluna şok ittiham: \"Nəyim varsa, əlimdən aldı və...\"

Direktordan Hacıbala Abutalıbovun oğluna şok ittiham: \
 
"Bakı Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Hacıbala Abutalıbovun oğlu Orxan Abutalıbov mənə olan 43 min manata yaxın borcunu vermir”.

Sfera.az xəbər verir ki, bu sözləri Azinforum.az-a açıqlamasında sabiq merin oğlu Orxan Abutalıbova məxsus olan "Spektr” MMC-nin direktoru işləmiş Məmmədov Bəxtiyar Vəli oğlu deyib.

 Şikayətçinin sözlərinə görə, o, 2006-cı ildən sabiq merin ailəsinə məxsus olan şirkətdə işləyib:

"Mənim Hacıbala müəllimdən heç bir narazılığım olmayıb. Sonra mənim gördüyüm işlərə onun oğlu Orxan nəzarət etməyə başladı. 2018-ci ildə heç bir ciddi əsas gətirmədən Orxan Abutalıbov mənə dedi ki, birlikdə işləməyimizi istəmir. Məndən tələb etdi ki, bir günün içində nə var təhvil verim. Hətta sürdüyüm avtomobilin nömrəsini belə çıxarıb verdim. Çünki maşını özüm almışdım, ancaq nömrə onlara məxsus idi. Həmin vaxt mən onların görülən işlərlə bağlı  olan borclarına aid hesablamanı da təqdim etdim.  Bu günə kimi nə həmin pulu, nə də mənim əmək kitabçamı vermirlər”.

Bəxtiyar Məmmədov deyir ki,  işi görən ustalar, fəhlələr hər gün gəlib onu narahat edirlər:

"Həmin adamlar gördükləri işin pulunu məndən istəyirlər. Elə o vaxtdan da  Orxan Abutalıbov mənim zənglərimə cavab vermir. Hətta başqa nömrələrlə də ona zəng vurub düşdüyüm vəziyyəti izah etmək istəyirəm, telefonu qaldırmır. Mühafizəçisinə deyirəm ki, məni görüşdür, yenə mümkün olmur. Bir kəlmə deyillər ki, get hara istəyirsən şikayət et. Mən bütün borclara aid siyahını "votsap” vasitəsilə Orxana göndərmişəm. Özü də oxuyub, amma yenə cavab vermir. Mən onlarla hər zaman bu sistemlə işləmişəm. Görülən işlərin sihahısını yazıb vermişəm, pulu ödəyiblər. Sonuncu haqq-hesabı isə vermək istəmirlər. Orxanın özü yaxşı bilir ki, hansı işləri gördüyümə görə mənə pul borcludur. Bəzi xırda detalları açıqlamaq istəmirəm.  Mən sizin sayt vasitəsilə Hacıbala müəllimə müraciət edirəm. Əminəm ki, onun vəziyyətdən xəbəri yoxdur. Qoy bir ağsaqqal kimi məni bu çətin vəziyyətdən çıxarsın. Mən onlardan halal pulumdan başqa nəsə istəmirəm”.

Edilən şikayətlə bağlı bir neçə gün ərzində sözügedən MMC və Orxan Abutalıbovla əlaqə saxlamaq cəhdlərimiz alınmadı. Onların da mövqeyini dinləməyə hazırıq.

OXŞAR XƏBƏRLƏR

Prezidentlər Ağdam Cümə məscidinin bərpadan sonra açılışında İŞTİRAK ETDİLƏR

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarov aprelin 25-də Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər. &nb...

"Bu, Rusiya üçün təhlükədir" - Rəsmi Moskvadan Polşaya SƏRT MESAJ

“NATO-nun Polşadakı nüvə obyektləri Rusiya üçün qanuni hədəfə çevriləcək”.   Sfera.az bildirir ki, bunu Rusiya Federasiyası xarici işlər...

Müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək kimi möhkəm təmələ əsaslanır

Ümummilli Lider, dahi rəhbər Heydər Əliyev hələ Sov. İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Sovetinin birinci müavini vəzifəsində işlədiyi müddətdə bütün S...

Prezidentlər Ağdamda görülən işlərlə tanış OLDULAR

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən...

AQTA COP29-la bağlı apardığı monitorinqlər zamanı 93 müəssisədə nöqsanlar AŞKARLADI

COP29 konfransının keçirilməsi ilə əlaqədar ölkəyə xeyli sayda xarici qonaqların gəlməsi nəzərə alınaraq, tədbir zamanı qonaqlara yüksək səviyyədə və təhlükəsiz...

Sabah 30 dərəcə isti OLACAQ

Aprelin 26-da Azərbaycanda müşahidə ediləcək hava proqnozu açıqlanıb.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. ...