No Image
No Image

Direktor vəzifəsinə işə qəbul üzrə imtahan təxirə salındı

Direktor vəzifəsinə işə qəbul üzrə imtahan təxirə salındı
6 mart saat 16:00 tarixində keçirilən direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin test mərhələsində yaranmış texniki nasazlıqla əlaqədar imtahan dayandırılıb və növbəti tarixə təxirə salınıb.

Təhsil Nazirliyindən Sfera.az-a verilən məlumata görə, qeyd olunan tarixdə imtahanda iştirak etmiş hər bir iştirakçı təkrar imtahana cəlb olunacaq və onlara yeni sual variantı təqdim olunacaq.

"Eyni zamanda bildiririk ki, texniki profilaktik işlərin görülməsi ilə əlaqədar 7 mart 2021-ci il tarixində keçirilməsi planlaşdırılan direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin test imtahan mərhələsi təxirə salınıb.

Müvafiq məlumatlar vətəndaşların şəxsi kabinetinə və telefon nömrələrinə göndərilib. İmtahanın keçirilmə vaxtı və yeri barədə yenilənmiş məlumatlar texniki profilaktik işlər yekunlaşdıqdan sonra elan olunacaq".

Turan Bank

OXŞAR XƏBƏRLƏR

Nazirdən təhsilin yaxşılaşdırılması ilə bağlı paylaşım

"Məktəbəqədər və ibtidai təhsilin yaxşılaşdırılması məqsədilə hazırda ölkəmizin 50 şəhər və rayonunda 466 mərkəzdə 9373 uşağı əhatə edən 500 icma əsaslı məktəbə...

Azərbaycanda 3 bakalavriat dərəcəsi olacaq - RƏSMİ

Ali təhsilin ikinci səviyyəsini təşkil edən bakalavriat səviyyəsinin və ya onun ekvivalentinin təhsil proqramlarını tədris edən akademik heyət Ali Təhsil Kvalif...

Bu şəxslər təhsil haqqından azad olacaq

"Yüksək bal topladığı halda bakalavr, magistr pillələrinə ödənişli əsaslarla qəbul olan şəxslər əgər dövlət sifarişi üzrə boş qalan yer olarsa, o zaman ödənişsi...

İstedadlı uşaqlar vaxtından əvvəl I sinfə qəbul olunacaq? - RƏSMİ AÇIQLAMA

"Qanunvericilikdə xüsusi istedadlı uşaqların vaxtından əvvəl birinci sinfə qəbulu ilə bağlı müddəa yoxdur. Birinci sinifə qəbul adi qaydada aparılır. Təqvim ili...

Birinci sinfə şagird qəbulunun başlanacağı TARİX AÇIQLANDI

Aprelin 27-dən 2021-2022-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start veriləcək. Təhsil Nazirliyindən Sfera.a...

Aprelin 29-30-da keçiriləcək imtahanlara buraxılış vəsiqəsinin verilməsinə başlanıldı

Dövlət İmtahan Mərkəzi aprelin 29 və ya 30-da keçiriləcək buraxılış imtahanında iştirak edən şagirdlərə müraciət edib. Mərkəzdən Sfera.az-a verilən məluma...