Dirçəliş Fondu rəhbərindən ibrətamiz paylaşım

Dirçəliş Fondu rəhbərindən ibrətamiz paylaşım
Artıq dünya miqyasında qəbul edilmiş bir faktdır ki, emosional intellekt (EQ) həyatımızda uğurun qazanılması üçün IQ ilə eyni əhəmiyyətə malikdir. Burada ancaq karyera və ya şəxsi maddi imkanları nəzərdə tutmuram. Yüksək EQ-ya malik insanlar cəmiyyət üçün daha çox fayda gətirərək, bu dünyanı daha gözəl edirlər.
 
Sfera.az xəbər verir ki, bu fikrləri  Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev deyib.
 
Özümüzün daha yaxşı versiyasına necə çevrilə bilərik? sualına Rəhman Hacıyev geniş izah verib:

EQ-nun özünüdərketmə (self-awareness), özünütənzimləmə (self-regulation), motivasiya və sosial bacarıqlar (social skills) kimi bir çox komponenti var. Lakin, fikrimcə, ən vacibi məhz empatiyadır (empathy).

Bəs empatiya nə deməkdir?

Uzun sözün qısası, empatiya – başqa insanların nə hiss etdiyini başa düşmək və onlara qarşı mərhəmətli olmaq bacarığı deməkdir.
Bu, beynin iki hissəsinin birlikdə, yəni eyni anda işlədikdə baş verir - emosional mərkəz başqa insanların hislərini qəbul edir, idrak (cognitive) mərkəzi isə onların niyə bu hisləri keçirdiyini və onlara necə kömək edə biləcəyimizi anlamağa çalışır.

Araşdırmalara əsasən, empatiya insanların daha uğurlu menecerlər və mütəxəssislər və daha yaxşı ailə üzvləri və dostlara çevrilməsinə kömək edir.
Lakin, bu yalnız şəxsi təsirdən daha böyük bir məsələdir, çünki, empatiya həm də bəşəriyyətimizin daha humanist və dayanıqlı gələcəyi üçün olduqca vacibdir.

Beləliklə, empatiya həm şəxsi uğurumuz, həm də daha yaxşı bir cəmiyyətin qurulması üçün önəmlidir. O, eyni zamanda qəddarlıq və zorakılığın müxtəlif formalarının qarşısını almağa kömək edir.

Bəs bu xüsusi keyfiyyəti inkişaf etdirmək mümkündürmü?
 
Psixoloqlar bunun asan olmadığını, lakin mümkün olduğunu qeyd edirlər. 

Bunun üçün aşağıdakı addımları atmaq lazımdır:

- İlk növbədə özünüzə qarşı dürüst olun və qərəzli olduğunuzu etiraf edin (əslində hamımız qərəzliyik). 
Eyni zamanda, bu həyatda bir çoxlarından daha şanslı olduğunuzu unutmayın  və taleyinizi təbii (for granted) qəbul etməyi dayandırın.
Yalnız bundan sonra empatiyanızın inkişafı üçün hərəkətə keçə bilərsiniz. 
Bunu müxtəlif üsullarla etmək mümkündür. 

Məsələn:

- Kitab oxumaqla özünüzü inkişaf etdirin (oxumaq süurunuzun başqalarının təcrübələrinə doğru açılması üçün ən yaxşı üsullardan biridir). 
Bədii ədəbiyyatla başlayın, çünki o, sizdən personajların həyatına və zehninə daxil olmağı tələb edir və bunu etməklə digər insanların fikir və hislərini anlamaq qabiliyyətini artırır.

Buna əlavə olaraq tarixi və ya müasir sənədli ədəbiyyatdan müxtəlif insanların öz haqları uğrunda və zülmə qarşı mübarizələri haqqında faydalı məlumatlar əldə edin.
Qısa desək - tədqiqatınızı genişləndirin.

Bəs bundan başqa nə etmək olar?

- Mümkün qədər çox yeni insanlarla danışın və başqasının həyatını təsəvvür etməyə çalışın (məsələn, onların gündəlik problemlərini, işlərini təsəvvür edin və s.).

- Ortaq səbəb üçün digər insanlarla səylərinizi birləşdirin (bu, işdə komanda layihəsinin icrası, və ya həmkarlarınız və ya sosial şəbəkələrdən olan dostlarınızla iməcilik formasında ola bilər).

- Və nəhayət, fikrimcə, ən təsirlisi - heyvanlardan öyrənməyə çəkinməyin.

Öz təcrübəmdən deyə bilərəm ki, ev heyvanlarımız bizim "daha empatik” insanlara transformasiyamızın yolunda gözəl bir yoldaş ola bilərlər. 

Bu yalnız bizi mühakimə etmədikləri üçün deyil, həm də qeyd-şərtsiz sevgi və məhəbbət və ehtiyac duyduğunuzda böyük bir dəstək təklif etdiklərinə görə mümkündür.

Araşdırmalar göstərir ki, heyvanlar bizi daha xoşbəxt və sağlam edir. 

Onlarla məşğul olduğunuz zaman insanları da daha yaxşı qorumağı öyrənəcəksiniz.

Deyərdim ki, əgər siz "itlə danışmağı” öyrənsəniz, o sizə ən çətin şəxslə necə danışmaq lazım olduğunu öyrədəcək (inanın mənə, tonunuzun və jestlərinizin başqa insanlara necə təsirli olduğunu başa düşəcəksiniz).

Ev heyvanları ilə daha güclü əlaqəniz mütləq daha yüksək sosial bacarıqlara, empatiyaya səbəb olacaq, çünki onlar bizdə sevgi, anlayış, özünə dəyər və məsuliyyət hislərini oyadırlar.

Bunu sınaya da bilərsiniz (it və ya pişik almağa belə ehtiyac yoxdur, heç olmazsa könüllülüklə başlayın. Farid bəyin bu barədə sizə yaxşı məsləhəti ola bilər).

Və əlbəttə uşaqlarınıza empatiya öyrətməyi unutmayın (əminəm ki, əvəzində özünüz də onlardan çox şey öyrənəcəksiniz).

• Onlarla kitab oxuyun,
• Qərəz və onun fəsadları haqqında danışın,
• Onlara stereotiplərlə mübarizə aparmağı öyrədin,
• Bu uzun yolda onlara yoldaş olun.

Nəticədə biz özümüzün daha yaxşı versiyasına çevrilə bilərik.

Yalnız bu halda Vətənimiz (və ümumilikdə Dünyamız) yaşamaq üçün DAHA da YAXŞI bir yer olacaq.


OXŞAR XƏBƏRLƏR

Yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

Azərbaycanın rayonlarında aprelin 20-də gündüz bəzi dağlıq və dağətəyi rayonlarda hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.   Bu barədə Sf...

Hakan Fidan iranlı həmkarı ilə regionu müzakirə etdi

Türkiyə xarici işlər naziri Hakan Fidan və iranlı həmkarı Hüseyn Əmir Abdullahian arasında telefon danışığı olub.   Sfera.az Türkiyə mediasına istina...

Ombudsmanla əlaqədar yeni vəzifə müəyyənləşib

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) dövlət icbari şəxsi sığorta ilə bağlı Dövlət Sosial Müdafiə Fonduna təqdim edilməli olan s...

Bakıda saxta “Fairy”, “Domestos”, “Perwol” və “Prill” qablaşdıran sex aşkarlandı - FOTO

Dövlət Vergi Xidmətinin (DVX) Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsindəki ət kombinatının ...

Ceyhun Bayramov italiyalı səfiri qəbul etdi - FOTOLAR

19 aprel 2024-cü il tarixində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İtaliyanın Azərbaycandakı səfiri Klaudio Taffurinlə diplomatik fəaliyyətinin başa...

FHN əməliyyat görüntüləri yaydı - VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonu ərazisində azyaşlıların evdə bağlı qapı arxasında kö...