Diqqətli olun: Siz də bu üsulla aldadıla bilərsiniz - VİDEO

Diqqətli olun: Siz də bu üsulla aldadıla bilərsiniz - VİDEO
Şəhərin mərkəzində 3 otaqlı lüks təmirli ev təqdim edilir. Həmdə cəmi 6,500 manat ilkin ödəniş və ayda 355 manat olmaqla 25 illik kreditlə. Üstəlik səhifdə onlarla belə video yerləşdirilib və bütün evlər real dəyərindən aşağı təqdim edilir.

Bu görüntülər "Instagram" bir səhifə tərəfindən paylaşılır. Üstəlik səhifədə qoyulan WhatsApp nömrəsinə müraciət etdikdə də ''ofis haqqı'' kimi 100 manat istənilinir və yalnız bundan sonra suallara cavab veriləcəyi bildirilir. Ofisin yerini soruşduqda isə satışın yalnız oline olduğu bildirilir. Həmin nömrəyə zəng etdikdə ya açılmır, ya da səhv düşdüyü bildirilir.

Hüquqşünaslar isə son zamanlar bu tip hallara tez-tez rast gəlindiyini və nəticədə əksər hallarda istehlakçıların aldadıldığını bildirir.

Əgər vətəndaş bu şəkildə aldadılarsa mütləq hüquq mühafizə orqanlarına müraciət etməlidir.

Bununla yanaşı vurulan ziyan 500 manatdan çoxdursa onu edən şəxs cinayət məsuliyyətinə də cəlb edilə bilər. Vətndaşlar ona dəyən ziyanın ödənilməsi üçün məhkəməyə də müraciət edə bilər. (Xəzər TV)



OXŞAR XƏBƏRLƏR