Diqqətlə baxdıqda qorxunc həqiqətlə qarşılaşacağınız şəkillər
Bu şəkilə ilk dəfə baxdıqda şəkil çəkdirən bir ana ilə qızını görə bilərsiniz.
Amma əslində heç də elə deyil. Burdakı qəribəliyi anlamaq üçün şəkilə diqqətlə
baxmaq lazımdır. Həqiqi olan isə bu şəkildə onlardan biri ölüdür. “Xatirə şəkli” adı
altında çəkilən bu şəkildəki kiçik qız yaşamır. (İNTER.AZ)
Bügünki dövrdə heç də xoş qarşılanmayan bu hadisə orta əsrlərdə təəccüblü bir şey deyildi.
Hətta birinin ölümündən sonra saxlanılan yas mərasiminin bir parçası idi.
Post-Mortem (Ölü fotoqrfalığı) fotoqraflığı deyə adlandırılan bu ənənə geridə qalanlar üçün
ölülərin xatirələrini canlı tutmağın bir yolu hesab edilirdi. Fotoqraflar bu şəkilləri çəkərkən
ölüləri nə qədər çox canlı göstərə bilərdisə, o qədər yaxşı olduqları qəbul edilirdi. Ölüləri
sanki hələ də yaşayırmış kimi geyindirir, onları yaşayan insanlarla birlikdə oturdub şəkil çəkirdilər.
Əkiz bacılardan sağdakı yaşayır. Soldakı son dəfə bacısını qucalamaqla çəkdirdiyi bu şəkillə
ona yas saxlayır.
Bu şəkilləri çəkərkən bəzi hiylələrdən də istifadə edilirdi. Məsələn ölü bir uşağın ayaq üstə olduğu
şəkildə pərdənin arxasında uşağı dik saxlamaq üçün bir əl var.
Təcrübəli fotoqraflar ölülərin şəkillərdə daha canlı görünmələri üçün özlərinə xas üsullardan
istifadə edirdi. Bəzi şəkillərdə insanların öldüyünü anlamaq çətinləşir.
Bu şəkildə dərin düşüncəyə dalmış bir şəxsin şəkil çəkdirdiyini düşünə bilərsiniz. Ölünü yatmış kimi
çəkmək geniş yayılmışdı. Bu ürpədici şəkillərin hər birinin hekayəsi var.