No Image
No Image

DİQQƏT! Kart hesabınız kiberdələduzların əlinə keçə bilər: "Azərpoçt”un saxta saytlarını yaradıblar

DİQQƏT! Kart hesabınız kiberdələduzların əlinə keçə bilər:
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti son zamanlar vətəndaşlardan daxil olan müraciətlərin çoxluğunu və əksər vətəndaşların məlumatlı olmadıqları üçün kiberdələduzların qurbanına çevrildiyini nəzərə alaraq əhalini "Azərpoçt” MMC adına açılan saxta saytlar barədə bir daha xəbərdar edir.

Bu barədə Sfera.az-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda deyilir ki, bir qrup kiberdələduz qeyri-qanuni yolla maddi vəsait əldə etmək məqsədilə "Azərpoçt” MMC-nin rəsmi saytına oxşar saxta saytlar yaradır. Onların hədəfi onlayn alqı-satqı səhifələrində müxtəlif məhsulların satışını həyata keçirən vətəndaşlardır. Kiberdələduzlar alıcı qismində saxta "WhatsApp” nömrələrindən bu vətəndaşlara yazaraq məhsulu almaq istədiyini bildirir və ödənişin həyata keçirilməsi üçün satıcıdan "Azərpoçt”un adına açılan saxta sayta daxil olaraq kart hesabı məlumatlarını daxil etməsini istəyir. Vətəndaş bu keçidə daxil olaraq kart hesabının məlumatlarını təqdim etdikdə hesabın balansında olan vəsait kiberdələduzların əlinə keçir.

Elektron Təhlükəsizlik Xidməti bu cür kiberdələduzluq hallarının qurbanına çevrilməmək üçün vətəndaşlara kibermühitdə maksimum diqqətli olmağı tövsiyə edir. Belə ki, tanımadığı şəxslərdən gələn mesajlarda göstərilən keçidlərə daxil olmamağa və hər hansı əməliyyatı həmin qurumun rəsmi saytının internet ünvanını brauzerdə açılmış yeni səhifədən əllə daxil edərək icra etməyə çağırır.

Real alıcı ödəniş etmək üçün heç bir halda satıcını hər hansı sayta yönləndirmir, CVV/CVC (kartın arxasındakı üçrəqəmli kod) və kartın etibarlılıq müddəti kimi məlumatları tələb etmir. Alıcının ödəniş etməsi üçün satıcının, sadəcə, kart hesab nömrəsini və ya cari hesab nömrəsini təqdim etməsi kifayət edir.

Belə bildirişlərə inanaraq bank məlumatlarını təqdim edən vətəndaşlar dərhal bu barədə müştərisi olduğu banka məlumat verməli və hesablarından vəsaitlərin çıxarılmasını məhdudlaşdırmalıdır.

Həmçinin vətəndaşlardan bu kimi hallarla üzləşdikdə www.cert.az saytı və ya [email protected] elektron poçt ünvanı vasitəsilə Elektron Təhlükəsizlik Xidmətinə məlumat vermələri xahiş olunur.
 



 

Turan Bank

OXŞAR XƏBƏRLƏR

Tvitter Azərbaycana görə Ermənistanla əlaqəli 35 hesabı blokladı

Tvitter sosial şəbəkəsi Rusiya, Ermənistan və İranla bağlı 373 hesabı platforma ilə manipulyasiya siyasətinin pozulmasına görə bloklayıb. Sfera.az xəbər v...

NASA Mars səthindən gələn ilk səsləri yayımladı - VİDEO

ABŞ-ın Milli Aeronavtika və Kosmos İdarəsi Mars planetinin səthindən gələn və "Perseverance” roverinin "qırmızı planet”ə endikdən sonra qeydə aldığı səslərin sə...

ŞAD XƏBƏR: Azərbaycanda elektronika məhsulları ucuzlaşacaq

Bu ilin sonuna kimi "Xiaomi", "Samsung", "Huawei", "Honor" və s. kimi iri texnologiya şirkətləri Türkiyədə  müəssisələrini açaraq fəaliyyətə başlayacaq.&nb...

Yeni şərtləri qəbul etməyənlərin hesabları deaktiv ediləcək - "WhatsApp"dan daha bir qalmaqallı QƏRAR

WhatsApp istifadəçi və gizlilik şərtlərinə yenilənmə gətirir.    Bəs 15 May tarixinə qədər bu şərtləri qəbul etməyənləri nə gözləyir? Sfera.az...

“WhatsApp”ın yeni qaydalarını qəbul etməyənlərin aqibəti necə olacaq?

Bu yaxınlarda "WhatsApp”ın yeni təhlükəsizlik şərtlərinə əsasən, öz məlumatlar bazasını "Facebook”la paylaşması xəbəri geniş əks-səda doğurub. Sfera.az xə...

"WhatsApp" bu istifadəçilərə məhdudiyyətlər tətbiq edəcək

"WhatsApp" sosial şəbəkəsi yeni məxfilik qaydalarını qəbul etməyən istifadəçilərdə tətbiqinin funksiyalarını məhdudlaşdıracaq. Sfera.az xəbər verir ki, 15...