DİQQƏT: İcazəsiz küçəyə çıxan sürücülər həbs oluna bilər

DİQQƏT: İcazəsiz küçəyə çıxan sürücülər həbs oluna bilər

Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi əlaqədar ikigünlük məhdudiyyət zamanı polis əvvəlki kimi gücləndirilmiş iş rejimində çalışacaq.

Sfera.az xəbər verir ki, bunu Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.

O bildirib ki, yalnız qəza, xilasedici, təcili tibbi yardım avtomobilləri və fəaliyyətinə icazə verilən orqanların məhdud sayda əməkdaşlarının hərəkəti sərbəstdir: "Həmin şəxslər isə yalnız xidməti avtomobillərlə hərəkət edə bilərlər. Yəni fəaliyyətinə icazə verilən hər hansısa şəxsin xüsusi avtomobilindən istifadəsi qadağandır. Məhdudiyyət zamanı taksi, avtobus və digər fərdi minik avtomobillərinin hərəkətinə də icazə verilmir. "İcaze.gov.az" portalında qeydiyyatdan keçən və fəaliyyətinə rəsmi icazə verilən şəxs işlədiyi müəssisənin xidməti avtomobili olmadan digər avtomobildən istifadə edə bilməz".

K.Əliyev həmçinin qeyd edib ki, məhdudiyyət qərarı dövründə xüsusi avtomobilindən istifadə edən şəxs qanunvericiliyin tələbinə uyğun məsuliyyətə cəlb olunacaq: "İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinin tələblərinə uyğun olaraq fiziki şəxslər yüz manatdan iki yüz manatadək, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək cərimə ediləcək, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs, hüquqi şəxslər iki min manatdan beş min manatadək məbləğdə cərimə edilə bilər”.


OXŞAR XƏBƏRLƏR

Əhali ən çox gəliri hansı sahələrdən əldə edir? – ADLAR

Azərbaycanda ev təsərrüfatlarının tədqiqi göstərir ki, əhalinin adambaşına düşən aylıq gəlirləri 2023-cü ildə 15,6 manat artaraq 343 manatı ötüb. Gəlirlər şəhər...

Prezident: "COP29-a sədrliyimizə ən təxirəsalınmaz məsələlərin həllinə qlobal aləmdə töhfə vermək fürsəti kimi də baxırıq"

Biz öz sədrliyimizə (COP29-a - red.) nəinki özümüzü nümayiş etdirmək, həm də ölkəni təqdim etmək fürsəti kimi baxırıq. Əslində, bu, vacibdir.   Sfera...

Şoyqudan Ukrayna ilə bağlı MÜHÜM AÇIQLAMA: "Müharibə başlayandan bəri..."

Ukraynanın savaşda itkiləri ilə bağlı məlumat açıqlanıb.   Sfera.az bildirir ki, bu barədə Rusiyanın müdafiə naziri Sergey Şoyqu danışıb.   ...

May ayının şanslı və uğursuz GÜNLƏRİ - Astroloq AÇIQLADI

May ayının şanslı və uğursuz günləri açıqlanıb.   Sfera.az xəbər verir ki, bu barədə məşhur rus astroloqu Vasilisa Volodina danışıb.   Pro...

Hikmət Hacıyev: “Azərbaycan tərəfi İlham Əliyevin Rusiyaya səfərinin nəticələrini çox müsbət qiymətləndirir”

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 22-də Rusiyada işgüzar səfərdə olub.   Sfera.az xəbər verir ki, Azərbaycan Prezidentinin köməkçisi - Azərb...

Həyatın yaranması üçün vacib olan üzvi molekullar əvvəlcə kosmosda yaranmış ola bilər - ARAŞDIRMA

Fransa və Almaniya alimləri həyatın yaranması üçün vacib olan üzvi molekulların əvvəlcə kosmosda yaranmış ola biləcəyinə dair yeni sübutlar əldə ediblər.  ...