Diqqət! Dərmanları belə saxlayırsınızsa…
23:17 / 22.05.2016
1497
Dərmanların mühafizə şərtlərinə diqqət edilməməsi ciddi mənfi nəticələr verə bilər.
Türkiyəli Ecz. Yeşim Baş bir çoxlarının dərmanları soyuducunun qapı rəfində saxladığını və bunun çox səhv olduğunu vurğulayır. Dərman qutularının üzərində yazılan mühafizə şərtlərinə riayət edilməli, əgər soyuducuda saxlanacaqsa, daxili rəflərin seçim edilməsi çox əhəmiyyətlidir.
Maye şəklində olan dərmanların isə 2 həftədən daha uzun müddət saxlanmamalı və istifadə edilməməsi lazımdır. Dərman alarkən əczaçının verdiyi məlumatı diqqətlə dinləmək və aydın olmayan bir məqam varsa, təkrar soruşmaq həyati əhəmiyyət daşıyır.
Dərman evdə saxlamaq üçün sizə verilmiş bir məhsul deyil. Dərman qəbul edilməsi lazım olan bir məhsuldur. Ancaq ən böyük yanlışımız şikayətimiz bir qədər sağaldığında dərmanı yarım buraxıb, qalanı lazım olanda içərəm deyə saxlamağımızdır. Evdə yalnız sadə yaralanmalarda istifadə edilən sarğı vəsaiti, sadə ağrı kəsici və hərarət salıcı, bir də xroniki xəstələrin davamlı istifadə etdikləri dərmanlar xaricində dərman olmamalıdır. Halbuki, evlərimizdə çox miqdarda dərman saxlayıb bir də bunların saxlanma şərtini öyrənməyə çalışırıq. Həkimin verdiyi dərmanları həkimin söylədiyi müddət və məbləğdə istifadə etməliyik. Amma yenə də evimizdə dərman varsa, əvvəlcə bütün dərmanları soyuducuya qoymamalıyız. Hər dərmanın qutusu üzərində saxlama şərti mütləq yazılıb. Çox dərmanın otaq istiliyində, istilik və işıq qaynaqlarından uzaqda saxlanması kifayətdir. Soyuducuda saxlanması lazım olan dərmanlar isə soyuducunun qapağında deyil, daxili rəflərində saxlanmalıdır. Çünki soyuducu qapağı soyuducunun daxili istiliyini eynilə mühafizə edə bilməz və tez-tez istilik dəyişikliyi olur.