DİQQƏT! Bu şəxslər koronavirusa daha tez yoluxur - Özünüzü belə qoruyun - FOTOLAR
Bütün dünyanı cənginə alan koronavirus pandemiyası bu vitamin çatışmamazlığı olan insanlarda vəziyyəti pisləşdirir.
Sfera.az xəbər verir ki, professor Rose Ann Kenny'in dediyinə görə, bir araşdırmada, D vitamini əlavələri qəbul edən yaşlı insanların döş qəfəsi infeksiyalarının inkişaf riskinin 50% aşağı olduğunu təsbit edib.
Eyni zamanda, doktor Eamon Laird, D vitamini çatışmazlığı olan insanlarda infeksiyaya qarşı immun reaksiyasının xeyli zəif olduğunu qeyd etdi. Yaşayış bölgəsində günəşli günlərin olmaması halında mütəxəssislər orqanizmdə D vitamininin lazımi səviyyəsini qorumaq üçün qida rasionuna mütəmadi olaraq yumurta, qaraciyər, yağlı balıq (losos və ya skumbriya), dənli bitkilər, süd və bu vitamini ehtiva edən digər məhsullar daxil etməyi məsləhət görürlər.
D vitamini çatışmazlığı riski altında artıq çəkisi olan , az fiziki fəaliyyət göstərən insanlar, astma və ya xroniki ağciyər xəstəlikləri olan xəstələrin olduğu qeyd olunur. (buta)