DİQQƏT: 190 manatın verilməsi ilə bağlı ƏHALİYƏ ŞAD XƏBƏR!

DİQQƏT: 190 manatın verilməsi ilə bağlı ƏHALİYƏ ŞAD XƏBƏR!
 

İşsizlərdən və xüsusi karantin rejiminə görə işini itirən şəxslər aprel-may aylarında aylıq 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi proqramı icra olunub. Azərbaycan dövlətinin pandemiya dövründə öz vətəndaşlarına ardıcıl sosial dəstəyinin davamı olaraq Nazirlər Kabineti 23 iyun 2020-ci il tarixli daha bir qərar qəbul edib. Qərarda qeyd edilib ki, Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron, Yevlax, Cəlilabad, Masallı rayonları üzrə 190 manat məbləğində birdəfəlik ödəməni almış şəxslərə eyni məbləğdə ödəmənin verilməsi birdəfəlik şəkildə həyata keçiriləcək. Ödəmə həmin şəxslərin banklar tərəfindən təqdim edilmiş bank kartlarına köçürüləcək.

Bəs, bu ödənişlər nə zaman həyata keçiriləcək?

Dövlət Məşğulluq Xidmətinin mətbuat katibi Əsmər Nəcməddinqızı Redaktor.az-a bildirib ki, bu barədə yaxın günlərdə məlumat veriləcək:

"Vətəndaş onlayn qeydiyyatdan keçən zaman hansı rayonu qeyd edibsə və o rayon sərt karantin rejiminin tətbiq olunduğu rayondursa, bu ödənişlər həmin vətəndaşlara şamil olunacaq. Onlar  birdəfəlik ödəmə alacaqlar".

Onlayn qeydiyyatın aparıldığı zaman işləyən, amma bu müddət ərzində işini itirən insanların veriləcək birdəfəlik ödəmədən yararlanıb-yararlanmayacağı məsələsinə gəldikdə isə, Əsmər Nəcməddinqızı bildirib ki, hazırki ödəmələr üçün qeydiyyat aparılmır:

"Bildiyiniz kimi ödəmələr üçün yenidən qeydiyyat yoxdur. Qeyd edilən həmin şəxslər digər aktiv məşğulluq tədbirlərindən yararlanmaq üçün müraciət edə bilərlər. İctimai iş, özünüməşğulluq proqramı və s". 


OXŞAR XƏBƏRLƏR

Deputatın oğlu Londondakı biznesini niyə bağladı? - FOTOLAR

  Milli Məclisin deputatı Azər Kərimlimin oğlu Fəxri Kərimli iki il əvvəl İngiltərədə təsis etdiyi CARRIMLI LIMITED şirkətini könüllü şəkildə ləğv edib.&n...

Ermənilər ABŞ-da azərbaycanlıların “ovuna” çıxıblar - FOTOFAKT

  ABŞ-da yaşayan ermənilər azərbaycanlılara qarşı vandalizm aktlarını həyata keçirmək üçün daha bir təxribata əl atıblar. Sfera.az xəbər verir ki, erməni...

Erməni qız döyülən azərbaycanlıdan üzr istədi: Ermənilərin etdiyi kişilikdən deyil - FOTO

  "Facebook” sosial şəbəkəsində erməni istifaçilərdən biri Belçikanın paytaxtı Brüsseldə təxribatçı ermənilər tərəfindən döyülən Rizvan Aslanovdan üzr ist...

Qəzada ölən qərargah rəisinin FOTOLARI

  Azərbaycanda faciəli şəkildə dünyasını dəyişən qərargah rəisinin fotoları yayılıb. Sfera.az unikal.org-a istinadən xəbər verir ki, 20 iyul, saat 0...

Qənirə Paşayevanın sosial şəbəkələrdə yayılan şəkillərinə aydınlıq gəldi - FOTO

 Ötən gün sosial şəbəkələrdə millət vəkili Qənirə Paşayeva ilə bağlı xoşagəlməz məlumatlar yayılıb. Millət vəkilinin zədəli qolu haqqında yalana əl atdığın...

İbrahim Borçalının oğlunun öldüyü qəzadan FOTOLAR - VİDEO

 Xəbər verdiyimiz kimi, müğənni İbrahim Borçalının oğlu avtomobil qəzasında dünyasını dəyişib. Sfera.az xəbər verir ki, Rəhim uzun müddətdir Gürcüsta...