\"Diplomatik təmaslar davam edir, Zəfər günü bu şad xəbəri alacağıq\" – AÇIQLAMA

\
44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi, şanlı qələbənin bir ilinin tamamlanmasına sayılı günlər qalıb. Ölkəmizdə İlk dəfə qeyd ediləcək zəfər günü ərəfəsində Qazaxın 7 kəndi, Kərki eksklavı, Zəngəzur dəhlizi kimi həllini gözləyən məsələlər yenidən aktuallaşıb. Son günlər Ermənistan, Azərbaycan Türkiyə və Rusiya arasında diplomatik aktivliyi də nəzərə alsaq, belə bir sual yaranır: Zəfər günündə Qazaxın 7 kəndi və ya digər həllini gözləyən məsələlərdən biri ilə bağlı şad xəbər eşidə biləcəyik?
 
Məsələ ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Turab Rzayev bildirib ki, Zəfər günü bizim üçün qələbə günü olsa da, Ermənistan üçün məğlubiyyət günüdür. 

"Bu mənada Qazaxın 7 kəndi və ya Kərki eksklavı ilə bağlı məsələnin məhz Zəfər günündə öz həllini tapması hər iki tərəf üçün də doğru olmaz. Söhbət ondan gedir ki, belə bir razılıq əldə edilsə belə, bu iki ölkə üçün də uyğun bir gündə açıqlana bilər. Rəsmi Bakı üçün nəticə vacibdir, bu nəticənin hansı gündə əldə ediləcəyi yox. Azərbaycan heç vaxt Ermənistanı nəyəsə təhrik edəcək addım atmayıb, çətin ki, də atsın. Bu  gərinliyi artırmaqdan başqa heç bir effekt verməz. Digər tərəfdən bu addım danışıqlar prosesinə,  regionda sülhün təmin edilməsinə ciddi zərər verə bilər”.

T.Rzayevin sözlərinə görə, Qazaxın 7 kəndi və Kərki eksklavı ilə bağlı məsələ hazrda danışıqlar prosesinin gündəmində olmasa da, Zəngəzur dəhlizi ilə bağlı təmaslar davam edir:

"Rəsmi İrəvan hər nə qədər Zəngəzur dəhlizi ilə bağlı məsələnin gündəmdə olmadığını desə də, Ankara və Bakının bu məsələdəki mövqeyi dəyişməzdir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan son çıxışda da açıq şəkildə dedi ki, biz Azərbaycana həm dəmiryolu, həm də avtomobil yolu çəkəcəyik. Yəni buradan da görünür ki, Türkiyə bu məsələdə Azərbaycana dəstəkdir və bu dəstək günü-gündən artmağa davam edir.

Düzdür, bu və digər məsələlər bir gündə həll olunmasa da, nəticə etibarilə gec-tez həl ediləcək. Bu istiqamətdə ciddi işlər gedir. Son günlər müşahidə etdiyimiz diplomatik aktivlik də bunu sübut edir”.

Turan Rzayev
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Von der Leyen: "Putin indi Finlandiyaya fokuslanıb"

"Putin indi Finlandiyaya fokuslanıb". Sfera.az xəbər verir ki, bunu Avropa Komissiyasının prezidenti Ursula von der Leyen Finlandiyanın Baş ...

Kəmaləddin Heydərov onu yüksək vəzifəyə TƏYİN ETDİ - FOTO

Fövqəladə Hallar nazirliyində növbəti kadr təyinatı olub.    Sfera.az manset.az-a istinadən xəbər verir ki,  Fövqəladə hallar naziri g...

“Əli Kərimli Prezidentin qarşısında baş əyərək üzr istəməlidir” - Fəzail Ağamalı

“Əli Kərimli Prezidentin qarşısında baş əyərək üzr istəməlidir”.      Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü icla...

"Torpaqlarımızın işğalına səbəb olanların xalqa çağırışlar etməyə heç bir haqqı yoxdur" - Azər Badamov

“90-cı illərin əvvəlində xalqın etimadını itirən və ümidlərini puça çıxaran, torpaqlarımızın işğal olunmasına səbəb olanların xalqa çağırışlar etməyə ...

Ötən sutka 23 yanğına çıxış OLDU

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəla...

“Azərişıq” Şirvanda yenidənqurma işlərini davam etdirir - VİDEO

“Azərişıq” ASC bütün regionlarda yenidənqurma işlərini uğurla davam etdirir.   Sfera.az xəbər verir ki, investisiya layihəsi çərçivəsində...