Dino Ndlovu \"Qarabağ\"a qayıdır? - FOTO

Dino Ndlovu \

Çinin I Divizionunda çıxış edən "Hançjou Qrintaun” klubundan ayrılacağı gözlənilən Dino Ndlovu karyerasını "Qarabağ"da davam etdirə bilər.

 

Sfera.az xəbər verir ki, koronavirus pandemiyasına görə hələ Çinə qayıtmayan futbolçu yayda klubunu dəyişmək fikrindədir.

 

"Qarabağ"ın azarkeş səhifələri Ağdam klubunun keçmiş forvardının fotolarını paylaşmaqla ondan ötrü darıxdıqlarını və geri dönməsini arzulayıblar. Cənubi afrikalı futbolçu onlardan bəzilərini hekayə bölümünə yerləşdirib. Onun bu addımı "Qarabağ”a qayıtmasının əlehinə olmadığına işarə olub.

 

31 yaşlı forvard klubda ən çox maaş alan futbolçulardan biridir. Ndlovu Çin I Liqasında keçirdiyi 60 oyunda 40 qol vurub, 7 məhsuldar ötürmə edib.

 

2016-2017-ci illərdə "Qarabağ”da oynamış hücumçu 32 oyunda 17 qol vurmuşdu.


OXŞAR XƏBƏRLƏR