Dinc sakinlərimizə atəş açan erməni hərbçi öldürüldü - RƏSMİ
16:00 / 23.07.2020
2608
Ermənistan-Azərbaycan sərhədində ağır yaralanan Artur Baqratoviç Muradyan (2001-ci il təvəllüdlü) iyulun 23-də ölüb.
Sfera.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, Artur Muradyan iyulun 14-də Azərbaycan istiqamətinə atəş açarkən hərbi birləşmələrimiz tərəfindən cavab atəşi nəticəsində ağır yaralanıb.
Erməni hərbçi bu gün ölüb.