\"Dinamo\"nun baş məşqçisi həbs olundu

\
Xorvatiyanın "Dinamo" (Zaqreb) komandasının baş məşqçisi Zoran Mamiç 4,5 il müddətinə azadlıqdan məhrum edilib.

Sfera.az xəbər verir ki, 50 yaşlı mütəxəssis korrupsiyaya görə həbs cəzası ilə üzləşib.

Klubun idman direktoru vəzifəsində də çalışan Mamiçin qardaşı Zdvarko Mamiç isə 6,5 il azadlıqdan məhrum olunub. Z.Mamiç törətdiyi əməli boynuna almayıb və klubdakı hər iki vəzifəsindən istefa verdiyini açıqlayıb.

Qeyd edək ki, Zoran Mamiç və Zdvarko Mamiç korrupsiya və mütəşəkkil cinayətkarlıq ittihamları ilə bağlı istintaqa cəlb edilmişdi. Hər iki şəxsi 2008-ci ildən klubun büdcəsindən 17,3 milyon ABŞ dolları mənimsəməkdə ittiham olunub. Qardaşlar 1,8 milyon ABŞ dolları vərgi ödəməməkdə də günahlandırılıb.

OXŞAR XƏBƏRLƏR