No Image
No Image

DİN-dən əhaliyə koronavirusla bağlı ÇAĞIRIŞ + VİDEO

DİN-dən əhaliyə koronavirusla bağlı ÇAĞIRIŞ + VİDEO
Daxili İşlər Nazirliyi (DİN) vətəndaşları qaydalara əməl etməyə çağırır.

DİN-in Mətbuat Xidmətindən Sfera.az-a daxil olan məlumatda deyilir:

"Məlum olduğu kimi, ölkəmizdə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması üçün bütün lazımi tədbirlər görülür. Daxili İşlər Nazirliyinin şəxsi heyəti respublikanın bütün şəhər və rayonlarında karantin rejiminin tələblərinin təmin edilməsi məqsədilə gücləndirilmiş iş rejimində çalışır, vətəndaşlar tərəfindən epidemiyanın qarşısının alınmasına xidmət edən sanitariya-gigiyena qaydalarına əməl olunması, "COVİD-19” virusuna yoluxmuş və ev şəraitində müalicə olunan şəxslərin özlərini təcrid etmələri, digər şəxslərin yoluxmasına təhlükə yaratmamaları ciddi nəzarətdə saxlanılır.

Xüsusi karantin rejimi qaydalarına zidd olaraq, virusa yoluxmuş şəxslərə ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, yaşayış yerlərini tərk etməsi halları müşahidə olunur. Noyabrın 25-də polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən karantin postlarında 19 "COVID-19” xəstəsinin digər şəxslərin sağlamlığını təhlükə qarşısında qoyaraq sərbəst hərəkət etmələri müəyyən olunub və görülmüş tədbirlərlə onlardan 18-i evə qaytarılıb, 1-i isə xəstəxanaya yerləşdirilib. Qanunvericiliyə uyğun olaraq bu şəxslər barəsində cinayət işi başlanılıb.

Vətəndaşların diqqətinə çatdırırıq ki, bütün dünyada qlobal problemə çevrilmiş koronavirus pandemiyasının doğurduğu ciddi təhlükəni bir an belə unutmamalı, bunun qarşısının alınmasında böyük əhəmiyyət kəsb edən qabaqlayıcı tədbirlər hər bir şəxsin gündəlik həyat tərzinə çevrilməli, xüsusən mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq tibbi profilaktik qaydalara ciddi əməl olunmalı, nəfəs yollarını qoruyan fərdi vasitələrdən - maskadan, respiratordan mütləq qaydada istifadə edilməli, sosial məsafə gözlənilməlidir. Risk qrupuna daxil olan 65 yaşdan yuxarı şəxslərin isə evdən çıxmamaları tövsiyyə olunur.

Bir daha vətəndaşlarımızı xüsusi karantin rejiminin tələblərinə əməl etməyə, özlərinin və digərlərinin sağlamlığına biganə qalmamağa çağırırıq. Bütün tədbirlər vətəndaşların təhlükəsizliyinin təmin edilməsi, Azərbaycanın hər bir sakininin sağlamlığının qorunması məqsədilə həyata keçirilir".

Turan Bank
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Azərbaycan ordusu düşmənə TOS-1A “Solntsepyok” odsaçanından atəş açır - Müharibə kadrları + VİDEO

Azərbaycan ordusu 44 günlük Vətən müharibəsində düşmənə qarşı dağıdıcı atəş gücünü nümayiş etdirərək onun həm ön xətdəki möhkəmləndirilmiş mövqelərinə, həm müda...

Sexdə maska taxmayan 18 işçi cərimələndi - VİDEO

Bakının Sabunçu rayonu, Bakıxanov qəsəbəsində karantin qaydalarını pozaraq işçiləri qapalı məkanda tibbi maskadan istifadə etməyən şirniyyat sexi aşkarlanıb. ...

Qubadlı rayonunun Dəmirçilər kəndi - VİDEO

Azərbaycan Müdafiə Nazirliyi Qubadlı rayonunun Dəmirçilər kəndindən videogörüntülər yayıb. Sfera.az  həmin görüntüləri təqdim edir.   ...

Xırdalanda dağıntılar altından 9 yaşlı Fatimənin meyiti çıxarıldı - VİDEO

Dünən Xırdanlanda baş verən partlayışda dağıntılar altında qalan 2012-ci il təvəllüdlü Fatimə Musayevanın cansız bədəni çıxarılıb. Sfera.az  xəbər ve...

Bakı sakini özünü 18 mərtəbəli binadan atdı - VİDEO

Bakıda naməlum şəxs özünü 18 mərtəbəli yaşayış binasından atıb. Sfera.az  xəbər verir ki, hadisə Xətai rayonu, Xudu Məmmədov küçəsində "TikMat" kimi ...

Bağçalı Şuşada tikiləcək məktəbin layihəsini təqdim etdi - VİDEO

Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı Şuşa şəhərində inşasını nəzərdə tutduqları məktəb layihəsindən danışıb. Sfera.az xə...