DİN Tovuzda keçmiş məhkəmə sədrinin qətli ilə bağlı məlumat yayıb

DİN Tovuzda keçmiş məhkəmə sədrinin qətli ilə bağlı məlumat yayıb
 

Daxili İşlər Nazirliyi (DİN) Tovuz Rayon Xalq Məhkəməsinin keçmiş sədri Firuddin Ələkbərlinin güllələnərək qətlə yetirilməsi hadisəsi ilə bağlı məlumat yayıb.

DİN-in Mətbuat xidmətindən Sfera.az-a  verilən məlumata görə, sentyabrın 13-də saat 9 radələrində Tovuz şəhəri ərazisində Qədirli kənd sakini, əvvəllər məhkum olunmuş Firuddin Ələkbərlinin işlədiyi ofisə gələn Yanıqlı kənd sakini Əli Şəmiyev münaqişə zəminində odlu silahdan açdığı atəşlə ona xəsarət yetirib.

Ə.Şəmiyev könüllü olaraq Tovuz Rayon Polis Şöbəsinə gələrək istintaqa təslim olub, cinayəti törədərkən istifadə etdiyi "Makarov” markalı tapançanı və 16 ədəd patronu təhvil verib.

Xəstəxanaya yerləşdirilən F.Ələkbərli orada ölüb.

Faktla əlaqədar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120-ci (Qəsdən adam öldürmə) və 228-ci (Qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb.

Zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

 

Xatırladaq ki, sentyabrın 13-də səhər saatlarında 1959-cu il təvəllüdlü Əli Şamıyev Tovuz rayonunda nümayəndəlik fəaliyyəti ilə məşğul olan 1963-cü il təvəllüdlü Firudin Ələkbərlini Tovuz şəhərində şəxsi münasibətlər zəminində odlu silahdan atəş açmaqla qəsdən öldürüb. Faktla bağlı dərhal hadisə yerinə polis və prokurorluq orqanları əməkdaşlarının iştirakı ilə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin olunub, hazırda zəruri istintaq tədbirləri davam etdirilir.

Faktla bağlı Tovuz rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 228.1-ci (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə cinayət işi başlanıb.

Ə.Şamıyevin F.Ələkbərlini qəsdən öldürməsinə kifayət qədər şübhələr olduğundan o şübhəli şəxs qismində tutulub.

OXŞAR XƏBƏRLƏR

Qazaxda raket tapılıb - FOTO

 Bu gün saat 12:17-də Dövlət Sərhəd Xidmətindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Qazax rayonu, Abb...

Daha bir həkim koronavirusa yoluxdu - FOTO

 Bakıda koronavirus xəstələri ilə işləyən daha bir həkim virusa yoluxub. Sfera.az xəbər verir ki, Mərkəzi Neftçilər Xəstəxanasının həkim-reanimotoloq...

Polislər müğənni Nəfəsi mağazada belə yaxaladı - VİDEO

 Əlahiddə Çevik Polis Alayının əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində Binəqədi rayonunun Abay Kunanbayev kuçəsi, "Bolluq bazarı"nın yanında qanunsu...

SON DƏQİQƏ: Azərbaycanda karantinə nəzarət edən polislər vəfat etdi

  "Karantinə nəzarət edən 3 əməkdaşımız koronavirus infeksiyasından dünyasını dəyişib”. Bu sözləri  açıqlamasında Daxili İşlər Nazirliyinin (Dİ...

Azərbaycanda daha bir vəzifəli şəxs koronavirusdan öldü - SON DƏQİQƏ!

  Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Məzahir Sadıqov vəfat edib. Uzun müddətdir onkolji xəstəliyindən əziyyət çəkən M.Sadıqov 57 yaşında d...

Sərt karantin elan olunan ərazilərdə bir gündə qayda pozan 1081 nəfər cərimləndi

  Sərt karantin elan olunan ərazilərdə bir gündə qayda pozan 1081 nəfər cərimlənib. Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınmas...