No Image
No Image

DİN Şəmkir polisi haqqında yayılan iddialara aydınlıq gətirdi

DİN Şəmkir polisi haqqında yayılan iddialara aydınlıq gətirdi
Sosial şəbəkələrdə Şəmkir rayonunda polis əməkdaşlarının Vətən müharibəsində Dövlət Bayrağını müsadirə etməsi, orduya yardım aparan şəxslərin cərimələnməsi və digər məlumatlar yayılıb.

Sfera.az xəbər verir ki, yayılan məlumatlarla bağlı DİN-in Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev "Qafqazinfo"ya bildirib ki, iddialar əsassız olmaqla, faktsızdır, həqiqəti əks etdirmir:

"Vətən müharibəsində kimliyindən asılı olmayaraq, hər kəs kimi polis də üzərinə düşən vəzifələri ləyaqətlə, şərəflə yerinə yetirib. Kimlərsə polis haqqında əsassız iddialar irəli sürürsə, polisi bayrağa, vətəndaşa hörmətsizlikdə ittiham edirsə, həmin şəxsin xarakterində ziddiyyət var".

Şəmkir rayonunda karantin rejim qaydaları ilə bağlı, sanitar-epidemioloji normaların pozulması ilə bağlı tərtib olunan protokollara da toxunan E.Hacıyev əlavə edib ki, sosial şəbəkələrə informasiyanı ötürən şəxsin kimliyi məlumdur, o, öz qanunsuz əməllərini davam etdirmək üçün əsası olmayan məlumatlar yaymaqda maraqlıdır.

"Diqqətə çatdırırıq ki, iddiaların hər biri müvafiq olaraq yoxlanılıb. Hər hansı vətəndaşa qarşı qanunsuz inzibati tənbeh tədbiri tətbiq edilməyib", - deyə Hacıyev bildirib. 

Turan Bank

OXŞAR XƏBƏRLƏR

Xəzər dənizində yeni neft yatağı kəşf edildi

Xəzər dənizində yeni neft ehtiyatları aşkarlanıb. Sfera.az xəbər verir ki, Manqıstav əyalətində neft axtarışları ilə məşğul olan "Meridian Petroleum” şirk...

Martın 1-dən aprel ayının 15-dək ... - FHN elan etdi

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasına 2021/2022-ci tədris ili üçün təhsilin bakalavriat səviyyəsinə kursant qəbulu elan edilir. ...

Xocalı faciəsi ilə bağlı beynəlxalq simpozium keçirildi

Diasporla İş üzrə Dövlət Komitəsinin və Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin birgə təşkilatçılığı ilə "Xocalı faciəsinə hüquqi baxış: BMT-nin Soyqırım...

179 ərzaq satışı obyektində monitorinq aparıldı

Yeni növ koronavirus (COVİD-19) infeksiyasının profilaktikasına dair Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəza...

Aznavurun “Xocalı dərdi”

Azərbaycanlı səfirin Xocalı soyqırımı tədbirindən qeydləri və ya məşhur erməninin Xocalı tədbirinə mane olmaq cəhdi niyə alınmayıb? Ötən gün Xocalı faciəs...

Azərbaycanda yoluxma 300-ə yaxınlaşdı

Azərbaycanda son sutkada koronavirus infeksiyasına 278 yeni yoluxma faktı qeydə alınıb, 172 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Sfera.az xəbə...