DİN şəhidin xanımının öldüyü qəzanın təfərrüatını AÇIQLADI

DİN şəhidin xanımının öldüyü qəzanın təfərrüatını AÇIQLADI
Daxili İşlər Nazirliyi (DİN) Kürdəmir rayonunda baş verən ağır yol qəzası ilə bağlı məlumat yayıb.

DİN-in Mətbuat Xidmətindən Sfera.az-a bildirilib ki, oktyabrın 21-də saat 14 radələrində Kürdəmir rayonunun Şüşün kəndi ərazisində Bakı şəhər sakini Günel Ələsgərova (şəhid Rəhim Hüseynovun arvadı) idarə etdiyi "Ford” markalı avtomobili aşırıb.

Nəticədə özü və sərnişini Emin Tağıyev hadisə yerində ölüblər.

Kürdəmir Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR