DİN qız uşaqlarının itkin düşməsi hallarının artması iddialarına münasibət bildirdi

DİN qız uşaqlarının itkin düşməsi hallarının artması iddialarına münasibət bildirdi
Daxili İşlər Nazirliyi (DİN) qız uşaqlarının itkin düşməsi hallarının artması iddialarına münasibət bildirib.

DİN-in Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Sfera.az-a bildirib ki, qız uşaqlarının itkin düşmə halı ilə bağlı xüsusi təsnifat, artım indeksi maşahidə edilmir.

Onun sözlərinə görə, xəbərsiz itkin düşmələrin böyük əksəriyyətində ailə üzvlərini məlumatlandırmadan yaxın qohumlarının, tanışlarının yanına getmə hallar çoxluq təşkil edir: "Yaş və cins kateqoriyasından asılı olmayaraq, yaşadığı ünvandan çıxan, qayıtmayan şəxslərlə bağlı daxil olan bütün məlumatlar üzrə təxirəsalınmaz axtarış işi açılır. Xəbərsiz itkin düşmə halları ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlar belə yoxlanılır, heç bir iddia kənarda qalmır.

"Xüsusən valideynlər diqqətli olmalı, "övladlarımın bütün zəruri təminatlarını həll edirəm, yaxud oxuduram...”, deyib arxayınlaşa bilməz. Çünki sosial şəbəkələr var, dövr fərqlidir – təhdid var, azyaşlı uşaqları təsir altına sala biləcək təhlükələr var. Məhz bu amil diqqətə alınmalıdır", - DİN rəsmisi vurğulayıb.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Lənkəran sakinində tapança aşkarlandı

Lənkəran rayon sakinində tapança aşkarlanıb. Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat veri...

Salonlara basqın edən şəxsə hökm oxundu - VİDEO

Paytaxtda yerləşən mağazalara və gözəllik salonlarına daxil olaraq xidmət personalını qeyri-etik ifadələrlə təhqir edən, sosial şəbəkələrdə narkotik və psixotro...

Universitetin şöbə müdiri hakim qarşısında: “Dedi ki, 2500 manat verməlisən..."

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Bakı Slavyan Universitetinin (BSU) əlavə və qiyabi təhsil şöbəsinin sabiq müdiri ...

Avtomat satmaq istəyərkən saxlanıldı - FOTO

Bakıda "Kalaşnikov” markalı avtomat silah satmaq istəyən şəxs saxlanılıb. DİN Mətbuat xidmətindən Sfera.az-a verilən məlumata görə, qanunsuz olaraq odlu s...

Bakıda 48 yaşlı şəxs tanışını qətlə yetirdi

Bakıda tanışını qətlə yetirən şəxslə bağlı cinayət işi açılıb. Bu barədə Sfera.az-a Nərimanov Rayon Prokurorluğundan məlumat verilib. Bildirilib ki,...

Azərbaycanlı avtoritet GÜLLƏLƏNDİ - FOTO

Ukraynanın Odessa şəhərində 65 yaşlı kriminal avtoritet güllələnib. Sfera.az lent.az-a istinadən xəbər verir ki, o, Azərbaycan əsilli Nazir Əliyevdir. Qət...