DİN: Karantin qaydalarında heç bir yumşalma yoxdur — SON DƏQİQƏ

DİN: Karantin qaydalarında heç bir yumşalma yoxdur — SON DƏQİQƏ
 "Bu gün bəzi xəbər saytlarında xüsusi karantin rejimi ilə bağlı Bakı şəhərində quraşdırılmış xüsusi polis postlarının sayının azaldılması və tətbiq edilən qaydaların yumşaldılması barədə məlumat yayılıb". Məlumat tamamilə əsassızdır və reallığı əks etdirmir."
 
Sfera.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov bildirib. Ehsan Zahidov bildirib ki, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən 4 may 2020-ci il tarixdən ölkə ərazisində, o cümlədən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərində və Abşeron rayonunda tətbiq edilən qayda və qadağalarda heç bir dəyişiklik və ya yumşaltma yoxdur.
 

"Məlumat üçün qeyd edim ki, gündəlik olaraq, Daxili İşlər Nazirliyi tərəfindən mövcud şərait və vəziyyət təhlil edilir və nəticəsindən asılı olaraq quraşdırılmış nəzarət postlarının yerinin dəyişdirilməsi, orada xidmət aparan polis əməkdaşlarının sayının artırılıb və ya azaldılması barədə qərar qəbul edilə bilər. Bu da o anlama gəlməməlidir ki, karantin rejimi ilə əlaqədar quraşdırılmış nəzarət postu ləğv edilib.

Odur ki, vətəndaşlardan bir daha ciddi zərurət olmadan yaşayış ünvanını tərk etməmək, eyni zamanda, müvafiq icazə ilə evdən çıxan hər bir şəxsdən mütləq qaydada tibbi maskadan istifadə etmək və 2 metrlik sosial izolyasiya məsafəsini saxlamaq tələb olunur”, - deyə o əlavə edib.


OXŞAR XƏBƏRLƏR

Azərbaycan IEA ilə COP29 çərçivəsində əməkdaşlığı müzakirə etdi - YENİLƏNİB

Azərbaycan Beynəlxalq Enerji Agentliyi (IEA) ilə COP29-un gündəliyindəki prioritetləri, o cümlədən yeni qlobal kollektiv maliyyə kəmiyyətlərinin qəbulu və Milli...

"Barselona"nın futbolçusu PSJ ilə oyundan sonra TƏHDİD OLUNDU

"Barselona" klubunun futbolçusu Joau Kanselu İspaniyada PSJ-yə 1:4 hesabı ilə uduzduqları Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunundan ...

Yeni kurikulumlar tədris prosesində nələri dəyişəcək? - ARTİ-nin şöbə müdiri ilə MÜSAHİBƏ

“Kurikulum sənədi müəllimlərin həvəslə istifadə edəcəkləri, faydalanacaqları resursa çevriləcək”   Sfera.az xəbər verir ki, bunu&nbs...

Milli Məclisin növbəti iclasının gündəliyi AÇIQLANDI

Milli Məclisin yaz sessiyası üzrə 23 apreldə keçiriləcək növbəti plenar iclasının gündəliyi açıqlanıb.   Sfera.az xəbər verir ki, toplantının gündəli...

Azərbaycan BMT ilə COP29 çərçivəsində əməkdaşlığı MÜZAKİRƏ ETDİ - YENİLƏNDİ

Azərbaycanda “yaşıl enerji” sahəsinə investiyaların cəlbi, xüsusilə inkişaf etməkdə olan ölkələrin dəstəklənməsi və bu istiqamətdə beynəlxalq əməkda...

Kamaləddin Qafarov: “Şirvan suvarma kanalının yenidən qurulması aqrar sektoru inkişaf etdirəcək”

“Azərbaycan inkişaf və quruculuq yolu ilə inamla irəliləyir. Ölkə Prezidenti cənab İlham Əliyevin rayon və bölgələrə etdiyi mütəmadi səfərlər görülən işlə...