DİN əhaliyə müraciət etdi: “Sədərək” və “Binə” ticarət mərkəzləri...

DİN əhaliyə müraciət etdi: “Sədərək” və “Binə” ticarət mərkəzləri...
Son günlər Azərbaycanda koronavirusa yoluxanların sayında ciddi artım müşahidə olunur. Artıq iki ilə yaxındır pandemiya şəraitində yaşamağımıza baxmayaraq, bəzi şəxslər hələ də ən sadə təhlükəsizlik və gigiyena tələblərini yerinə yetirmir. Avtobuslarda, müxtəlif qapalı məkanlarda maskasız gəzən və yoluxma riskini daha da artıran xeyli sayda insan var. Belə yerlərdən biri də ölkənin ən böyük ticarət mərkəzləri sayılan "Sədərək"  və "Binə" ticarət mərkəzləridir. Əksər hallarda bu ərazilərdə nə satıcıların, nə alıcıların maska taxmadığını, sosial məsafə qaydalarını gözləmdiyinin şahidi oluruq.

Sfera.az xəbər verir ki, məsələ ilə bağlı Redaktor.az-ın suallarını cavablandıran Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, hər iki ticarət mərkəzində aidiyyatı dövlət qurumları ilə birgə polis əməkdaşları tərəfindən monitorinq tədbirləri həyata keçirilir:
 
"Təkcə "Binə"və "Sədərək" ticarət mərkəzləri deyil, ümumən bütün sahibkarlıq subyektləri və qapalı məkanlar diqqət mərkəzindədir. Bu istiqamətdə vaxtaşırı müvafiq tədbirlərin keçirilir".

Ticarət mərkəzlərində maskasız gəzənlərlə bağlı isə DİN rəsmisi bildirdi ki, monitorinqlər aparılır.

"Bütün hallarda nəzarət profilaktik tədbirləri aidiyyatı dövlət qurumları ilə birgə aparılır ", - deyə Elşad Hacıyev bildirib.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Peyvənd olunmanı təsdiqləyən sertifikat müddətsiz olacaq

COVID sertifikatlarının etibarlılıq müddəti müəyyənləşib.   Sfera.az xəbər verir ki, bu, "COVID-19 xəstəliyinə qarşı peyvənd olunmanı, peyvəndləməyə ək...

Oliqarx Mehrac Babayevin qalmaqallı xəstəxana tikintisi: məmur rüşvətə görə həbs olundu

Rusiyanın Nijnevartovsk şəhərində "Əsaslı Tikinti İdarəsi" dövlət şirkətinin regional filialının direktoru Aleksandr Makarikov 35 milyon rubl rüşvət almağa görə...

Vağzalda dəhşətli terroru təşkil edən İŞİD-çinin azərbaycanlı arvadı təslim oldu - Təfərrüat

Ankarada 2015-ci il oktyabrın 10-da iki İŞİD terrorçusunun üzərlərindəki bombanı partladaraq törətdiyi qanlı terror aktının təşkilatçısı olan Mustafa Dokumacını...

Vətən Müharibəsinin ilk dəfə yayımlanan kadrları... - VİDEO

Vətən Müharibəsinin heç yerdə olmayan kadrları yayılıb. Sfera.az xəbər verir ki, "Belə-belə işlər" layihəsi növbəti buraxılışını müharibəni addım-addım le...

Toyların azalmasına səbəb nədir? - ARAŞDIRMA

Toyların təşkilinə izacə verilməsinə baxmayaraq, keçirilən el şənliklərinin sayı pandemiyadan öncəki dövrdən çox aşağıdır. Görəsən bu, nə ilə bağlıdır? ...

Azərbaycan 3 erməni hərbçinin meyitini təhvil verdi

Azərbaycan 16 noyabrda həlak olan 3 erməni hərbçinin meyitini Ermənistana təhvil verib. Sfera.az xəbər verir ki, təhvil vermə prosesi rusiyalı sülhməramlı...