DİN əhaliyə müraciət etdi: 5 nəfərdən artıq...

DİN əhaliyə müraciət etdi: 5 nəfərdən artıq...
 Hər il olduğu kimi, bu il də xalqımız Xocalı soyqırımı qurbanlarının unudulmaz və əziz xatirəsini böyük kədər və hüznlə qeyd edəcək, vətəndaşlarımız anım mərasimlərinə qatılacaqlar.

Daxili İşlər Nazirliyindən Sfera.az-a verilən məlumata görə, bu zaman onların koronavirus infeksiyasına yoluxma risqinin çox olmasını və mövcud karantin rejiminin tələblərini nəzərə alaraq bu il Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar paytaxtın Xətai rayonu ərazisində yerləşən abidəni ziyarət əvvəlki illərdən fərqli təşkil ediləcək.

Belə ki, "Ana harayı" abidəsini ziyarət etmək istəyən vətəndaşlar mütləq qaydada tibbi maskadan istifadə etməli və sosial məsafənin qorunması üçün beş nəfərdən artıq qruplarda toplaşmamalıdırlar. Ona görə də vətəndaşlar abidənin ətrafına beş nəfərlik qruplarla daxil olmalı və dayanmadan ziyarətlərini başa vurub ərazidən çıxmalıdırlar. Abidənin ətrafında insanların toplaşması yolverilməzdir. Ziyarətə gələnlərin təhlükəsiz hərəkətlərini təmin etmək məqsədilə "Ana harayı" abidəsi istiqamətində olan küçə və prospektlərdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Bu tələblər yalnız vətəndaşların sağlamlıqlarının və təhlükəsizliklərinin qorunması məqsədi daşıyır və əminik ki, ziyarətçilər anlayışla qarşılayacaqlar.

OXŞAR XƏBƏRLƏR

Yumurta kəskin ucuzlaşdı - Qiymətlər daha da ENƏCƏK?

İri ticarət şəbəkələrində yumurtanın qiyməti kəskin azalıb. Əvvəllər 16-17 qəpiyə satılan yumurta bir neçə gündür ki, 10-12 qəpiyə təklif olunur. Görünən odur k...

Süni intellekt həkimlərin işini yüngülləşdirəcək

"Mass General Brigham MESH" inkubatorunun tədqiqatçıları süni intellektə (AI) əsaslanan çatbotların dərmanları izləmək və məhdudlaşdırmaq üçün istifad...

Polis sosial şəbəkələrdə paylaşdığı fotoya görə işdən çıxarıldı

ABŞ-da bir polis məmuru bir fotoşəkilə görə işindən qovulub.    Sfera.az bildirir ki, Maykl Resçke məşhur gənclər sosial şəbəkəsi “Snapcha...

Orban: "Qərbin Ukraynaya qoşun göndərməsinə bir addım qalıb"

Qərbin Ukraynaya qoşun yeritməyə bir addım qalıb. Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib. &...

Aİ-dən Qazaxın 4 kəndinin qaytarılmasına - REAKSİYA

“Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında danışıqları və dayanıqlı həlli tam dəstəkləyir”.   Sfera.az xəbər verir ki, bununla bağ...

“Tik-Tok”da baxdığı videodakı dilənçi qardaşı çıxdı - VİDEO

54 yaşlı evsiz Xorxe Pineda sosial media sayəsində 13 ildən sonra bacısı Beatrislə yenidən bir araya gəlib.    Sfera.az bildirir ki, bu heyrətam...