DİN-dən şəxsi avtomobillərin istifadəsi ilə bağlı AÇIQLAMA
16:48 / 02.04.2020
4578
Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Əziz Baqişev şəxsi avtomobillərdən istifadə məsələsinə aydınlıq gətirib.
Sfera.az-ın APA-ya istinadla verdiyi məlumata görə, o deyib ki, Bakı, Sumqayıt və Abşeron arasında avtomobillərin sərbəst hərəkətinə icazə verilib:
"Eyni zamanda bölgələrin daxilində də avtomobillərin hərəkətinə icazə var".