Polis Bakıya gələnlərdən 25 manat rüşvət alır? – DİN İDDİALARA CAVAB VERDİ

Polis Bakıya gələnlərdən 25 manat rüşvət alır? – DİN İDDİALARA CAVAB VERDİ

Daxili İşlər Nazirliyi (DİN) rayon qeydiyyatında olan şəxslərin 25 manat müqabilində Bakı şəhərinə buraxılması barədə yayılan məlumatlara münasibət bildirib.

Nazirliyin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov APA-ya açıqlamasında bildirib ki, sosial şəbəkələrdə yayılan həmin məlumatlar yalandır və qərəzlidir:

 

"Bu qərəzli məlumatları o şəxslər yayırlar ki, onlar məlum qadağanı bilərək Bakı şəhərinə üz tuturlar və polis onları paytaxta buraxmır. Buna görə də yalan və qərəzli məlumatlar yaymaqla ictimaiyyəti çaşdırmaq istəyirlər.

Nəzərinizə çatdırım ki, Bakı-Qazax, Bakı-Şamaxı və Bakı-Quba istiqamətlərində qoyulmuş postların fəaliyyəti DİN rəhbərliyi tərəfindən müşahidə kameraları vasitəsilə daim izlənilir. Bir daha vətəndaşları Nazirlər Kabinetinin məlum qərarına əməl etməyə çağırırıq”. 

E.Zahidov həmçinin rayon qeydiyyatında olan şəxslərin Bakı, Sumqayıt və Abşeron qeydiyyatında avtomobillərlə də paytaxt ərazisinə daxil ola bilməyəcəklərini qeyd edib.

OXŞAR XƏBƏRLƏR

Ən kiçik ev təsərrüfatları Naxçıvan və Bakıdadır - RƏQƏMLƏR

Azərbaycanda ən kiçik ev təsərrüfatları Naxçıvan Muxtar Respublikası və Bakıdadır.  Sfera.az  2023-cü ilin yekunlarına əsasən xəbər verir ki, bir...

Andjey Duda Rusiyanın Kalininqradda nüvə silahı yerləşdirdiyini İDDİA ETDİ

Polşa Prezidenti Andjey Duda Rusiya Federasiyasını Kalininqrad vilayətində nüvə silahı yerləşdirməkdə ittiham edib.   Sfera.az bildirir ki, bunu...

Ceyhun Bayramov Çexiyanin Baş naziri ilə GÖRÜŞDÜ - FOTO

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Çexiyaya rəsmi səfəri çərçivəsində bu ölkənin Baş naziri Petr Fiala ilə görüşüb.   Sfera.az xəbər veri...

Prezident: "Azərbaycan iqtisadiyyatı özünü təmin edən iqtisadiyyatdır və hətta böhran vəziyyətində də sabit artım göstərdi"

Azərbaycan iqtisadiyyatı özünü təmin edən iqtisadiyyatdır və hətta böhran vəziyyətində də sabit artım göstərdi.   Sfera.az xəbər verir ki, bu sözləri...

Ərdoğan: "Ümid edirəm ki, Ermənistan düzgün yolu seçər və regionda yeni dövr başlayar"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın düzgün yol seçəcəyi və regionda yeni dövrün başlayacağına ümid etdiyini bildirib.   Sfera.az xəb...

Ceyhun Bayramov çexiyalı həmkarı ilə birgə mətbuat konfransında ÇIXIŞ ETDİ

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov çexiyalı həmkarı Yan Lipavski (Jan Lipavsky) ilə birgə mətbuat konfransında çıxış edib.   Sfera.az x...