DİN-dən Gədəbəy sakininin polislər tərəfindən döyülməsi ilə bağlı xəbərə AÇIQLAMA

DİN-dən Gədəbəy sakininin polislər tərəfindən döyülməsi ilə bağlı xəbərə AÇIQLAMA
"Bəzi xəbər saytlarında və sosial şəbəkələrdə Gədəbəy rayon sakini Namiq Tağıyevin Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən döyməsi ilə bağlı yayılan iddialar həqiqəti əks etdirmir və böhtan xarakterlidir".

Bunu Sfera.az-a DİN Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov deyib.

O qeyd edib ki, hadisə 2020-ci ilin oktyabr ayının 29-da baş verib: "Həmin vaxt RPŞ-yə Cinayət Məcəlləsinin 322.1-ci (özbaşınalıq, yəni qanunla və ya digər normativ hüquqi aktla müəyyən edilmiş davranış qaydasına zidd olaraq qanuniliyi fiziki və ya hüquqi şəxs tərəfindən təkzib edilən hər hansı hərəkətin özbaşına törədilməsi mühüm ziyan vurduqda) maddəsi ilə axtarışda olan Namiq Tağıyevin rayonun Plankənd kəndində olması barədə məlumat daxil olub.

Polis əməkdaşları dərhal həmin əraziyə gələrək Namiq Tağıyevin saxlanılaraq istintaqa təhvil verilməsi istiqamətində qanunamüvafiq tədbirlər görüb.

Lakin bu zaman axtarışda olan şəxs özünü yerə ataraq polis əməkdaşının qanuni tələblərinə tabe olmamaqla bərabər ona daşla müxtəlif xəsarətlər yetirib. Bütün bunlara baxmayaraq Namiq Tağıyev saxlanılaraq Polis Şöbəsinə gətirilib".

E.Qasımov deyib ki, rayon prokurorluğundan onun barəsində Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanılaraq Gədəbəy rayon Məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə N. Tağıyev 4 il 6 ay azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.

OXŞAR XƏBƏRLƏR

Daxili İşlər Nazirliyində kollegiya iclası KEÇİRİLDİ - FOTO

Daxili İşlər Nazirliyində informasiya texnologiyalarından istifadə etməklə törədilən cinayətlərlə mübarizədə, cinayət xarakterli müraciətlərə baxılması, cinayət...

Hüseyn Əmir Abdullahiyan ilə telefon danışığı APARDI

Türkiyə xarici işlər naziri Hakan Fidan bu gün İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan ilə telefon danışığı aparıb.   Sfera.az-ın ve...

“Cümə günü erkən saatlarda…” – İsrail mediası İrana hücumun detallarını AÇIQLADI

Dünən İranın İsfahan bölgəsində baş verən partlayışlar İsrail hərbi hava qüvvələri tərəfindən törədilib.  Sfera.az xəbər verir ki, belə bir iddianı &q...

Xınalığa dolu DÜŞDÜ

Aprelin 19-u saat 16:14 radələrində diametri 9-12 mm olan dolu düşüb.   Sfera.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat y...

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri AÇIQLANDI

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılması qərarının qəbul edilməsində əsas səbəblər 10 illik fəaliyyəti ərzində Bakı Fransız Liseyi Təhsil K...

Prezident Rusiyaya SƏFƏR EDƏCƏK

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 22-də Rusiyaya səfər edəcək.   Sfera.az xəbər verir ki, bu barədə Kremldən bildirilib.   Qeyd o...