DİN-dən \"Facebook\" xoşagəlməz rəyin yazılması barədə açıqlama: Montajdır

DİN-dən \
Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə nazirliyin rəsmi feysbuk səhifəsinin adından vətəndaşa xoşagəlməz rəy yazılması iddiası ilə bağlı açıqlama verib.

Sfera.az xəbər verir ki, DİN-in Mətbuat xidmətindən "Report”un sorğusuna cavab olaraq bildirilib ki, sosial şəbəkələrdə yayılan foto montajdır.

Qeyd edək ki, sosial şəbəkələrdə DİN-in rəsmi hesabından vətəndaşa "bir öz vidinə bax, sonra nəsə yaz” yazılması iddiası ilə foto paylaşılıb. Həmin foto sosial şəbəkələrdə müzakirə edilib.

OXŞAR XƏBƏRLƏR